AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Süni zəka kod yazmaq üçün proqramçıların işini sürətləndirmir, əksinə ləngidir

15.07.2025 / Maraqlı məlumatlar

Qeyri-kommersiya təşkilatı METR tərəfindən aparılmış tədqiqat göstərib ki, mövcud süni zəka alətlərindən proqramlaşdırmada yardım məqsədilə istifadə edilməsi işin sürətini artırmaq əvəzinə, hətta təcrübəli proqramçılar üçün belə işi yavaşlada bilər. Gözlənilirdi ki, Cursor və GitHub Copilot kimi tanınmış süni zəka kodlaşdırma alətləri avtomatik kod yazma yolu ilə proqramçıların məhsuldarlığını artıracaq. Lakin aparılmış tədqiqat bu faktı təsdiqləməyib. OpenAI, Google DeepMind, Anthropic və xAI kimi şirkətlərin güclü modellərinə əsaslanan Cursor və GitHub Copilot, şübhəsiz ki, proqram təminatının hazırlanması sahəsində böyük irəliləyiş nümayiş etdirirlər. Bununla belə, 10 iyul tarixində METR tərəfindən aparılmış test, bu faydanın real dərəcəsini şübhə altına atır.

Təcrübədə açıq mənbəli proqram təminatı üzərində çalışan 16 təcrübəli proqramçı iştirak edib. Onlara, adətən özləri işlədikləri iri repozitoriyalardan götürülmüş 246 real tapşırığı yerinə yetirmək təklif olunub. Tapşırıqların yarısı inkişaf etmiş süni zəka alətləri, o cümlədən Cursor Pro ilə, digər yarısı isə bu alətlərdən istifadə olunmadan yerinə yetirilib. Testə başlamazdan əvvəl tərtibatçılar güman edirdilər ki, süni zəka tapşırıqların yerinə yetirilmə vaxtını 24% azaldacaq. Lakin nəticələr tam əksinə oldu: süni zəka köməkçilərinin istifadəsi orta hesabla iş vaxtını 19% artırdı. Tədqiqatçılar qeyd ediblər ki, bu nəticə gözlənilməz olub, çünki avtomatlaşdırmanın prosesi sürətləndirəcəyi düşünülürdü, tərsinə olması isə təəccüb doğurub.

Bununla belə, iştirakçıların yalnız 56%-i əvvəllər Cursor ilə işləyib, baxmayaraq ki, demək olar ki, hamısı (94%) böyük dil modellərinə əsaslanan veb interfeyslərdən istifadə təcrübəsinə malik olublar. Təcrübədən əvvəl tərtibatçılara bu alətlə işləmək öyrədilib ki, təcrübə çatışmazlığının nəticələrə təsiri minimuma endirilsin. Nəticədə məlum olub ki, süni zəkaya yazılı sorğular formalaşdırmaq və cavab gözləmək üçün sərf olunan vaxt, birbaşa proqramlaşdırma ilə müqayisədə işi əhəmiyyətli dərəcədə yavaşladır. Əlavə olaraq aydınlaşıb ki, süni zəka böyük və mürəkkəb kodlarla işləməkdə çətinlik çəkir. Tədqiqatın müəllifləri vurğulayıblar ki, hələlik qəti nəticə çıxarmırlar, baxmayaraq ki, onların sözlərinə görə, süni zəka sistemləri heç olmasa təcrübəli proqramçılar üçün səmərəsizdir. Eyni zamanda onlar əlavə ediblər ki, texnologiyalar çox sürətlə inkişaf edir və təcrübənin nəticələri artıq 3 ay ərzində köhnələ bilər.

 

technote.az

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi