AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Süni intellekt qədim “Babil himni”nin itmiş mətnini üzə çıxarıb

15.07.2025 / Maraqlı məlumatlar

Süni intellekt texnologiyalarından istifadə etməklə “Babil himni” kimi tanınan mixi yazılar üzə çıxarılaraq oxunub.

Bunu Bağdad Universitetinin Sosial və İctimai Elmlər fakültəsi iyulun 14-də yaydığı bəyanatında bildirib.

Qeyd olunur ki, Münhen Universitetinin Elektron Babil Ədəbiyyatı Platforması (eBL) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədqiqat nəticəsində "Sappar" arxeoloji ərazisində tapılmış iki mixi yazılı lövhənin hissələrindəki mətnləri birləşdirərək itmiş bir mətnin yenidən qurulmasına nail olunub.

Bundan sonra mətnin məzmunu süni intellekt vasitəsilə rəqəmsal şəkildə birləşdirilib. Nəticədə, təxminən 250 sətirdən ibarət, akkad dilində yazılmış və Babilin milli tanrısı Mardukun kainatın nizamlayıcısı, insanların qoruyucusu və məbədlərin qurucusu kimi tərənnüm edildiyi ədəbi mətn ortaya çıxıb.

Tədqiqatçıların sözlərinə görə, himndə Babil şəhərinin gözəlliyi və onu iki yerə ayıran Fərat çayının təsviri yüksək ədəbi dillə təqdim olunur.

Layihənin nəticələri bir neçə beynəlxalq akademik jurnalda dərc edilib və mətn eBL platformasına daxil edilib. Bu, dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçılara mətni oxumaq və araşdırmaq imkanı yaradıb. Bu addım, süni intellektin itmiş mixi yazıların üzə çıxarılaraq oxunmasında istifadəsinə dair ən mühüm nümunələrdən biri kimi qiymətləndirilir.

Qeyd olunmalıdır ki, himnin təxminən üçdə bir hissəsi hələ də itmiş sayılır. Lakin tədqiqat qrupu gələcəkdə eBL platforması üzərindən aparılacaq davamlı təhlillərlə bu boşluğun doldurula biləcəyinə ümid edir. Bu, qədim Mesopotamiya mədəniyyətini və insan düşüncəsini əks etdirən mətnlərin yenidən canlandırılmasına töhfə verəcək.

Himndə Mardukun şəfaverici gücü, Babil şəhərinin əzəməti və Fərat çayının suvarmada istifadəsi ədəbi dillə vəsf edilir. Bundan başqa, mətndə Babilin iki əfsanəvi hökmdarı – Ululu və Alcarın adları çəkilir.

Bununla yanaşı, Elektron Babil Kitabxanasının yardımı ilə himnin eyni məzmununu ehtiva edən iyirmi əlavə mətn də aşkar edilib. Bu mətnlər eramızdan əvvəl VII əsrdən I–II əsrlərə qədər olan dövrə aiddir.

Bağda Universitetinin rektoru Bəha İbrahim İnsaf mətni mühüm tapıntı adlandırıb və gələn il universitetdə keçiriləcək Beynəlxalq Assuriyaşünaslar Konfransına yaxşı töhfə olduğunu bildirib.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi