AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Yüzlərlə xəstəliyə qarşı yeni ümid: Al super-bakteriyaları məhv edən zülal yaratdı

13.07.2025 / Maraqlı məlumatlar

Avstraliyalı alimlər süni intellektin (Al) köməyi ilə antibiotiklərə davamlı bakteriyaları — məsələn, bağırsaq çöplərini (E. coli) məhv edə bilən tamamilə yeni bir zülal sintez ediblər. Bu nailiyyət təhlükəli super-bakteriyalara qarşı mübarizədə yeni bir yol açır və tibbdə inqilabi dönüş nöqtəsi hesab olunur.

Araşdırmanın nəticələri nüfuzlu "Nature Communications” elmi jurnalında dərc olunub.

Layihəyə rəhbərlik edən tədqiqatçılardan biri, doktor Ris Qrinter bildirib ki, bu günə qədər xərçəng və infeksiyaların müalicəsində istifadə edilən zülallar adətən təbiətdə mövcud olanlardan götürülür və azacıq dəyişdirilirdi.

Lakin süni intellektin yeni öyrənmə üsulları sayəsində arzu olunan xüsusiyyətlərə malik zülalları tamamilə "sıfırdan” yaratmaq mümkün olub. Bu isə dərmanların hazırlanmasını sürətləndirəcək və maliyətini əhəmiyyətli dərəcədə azaldacaq.

Əgər əvvəllər bir xəstəlik üçün uyğun zülal yaratmaq onilliklər çəkirdisə, indi süni intellekt bunu saniyələr içində edə bilir.

Son bir il ərzində Al onlarla yeni zülal modeli yaradıb, bunlar gələcəkdə ilan sancmalarından tutmuş xərçəngə qədər müxtəlif xəstəliklərin müalicəsində istifadə edilə bilər.

Avstraliyalı bioloqlar və kompüter mütəxəssislərinin komandası ilk dəfə olaraq Al vasitəsilə antibiotiklərə davamlı bakteriyaları öldürə bilən zülallar hazırlayıb. Bu metod müasir tibbi yardımı köklü şəkildə dəyişə bilər.

Bu təşəbbüs Melburn Universitetinin Bio21 İnstitutunda və Monash Universitetinin Biotibbi Kəşflər İnstitutunda həyata keçirilir. Layihəyə doktor Ris Qrinter və dosent Qevin Nott rəhbərlik edir.

Alimlər izah edirlər ki, onların süni intellekt əsaslı zülal dizayn platforması, kimya üzrə Nobel mükafatı laureatı Devid Beykerin təklif etdiyi prinsiplərə əsaslanır. Beyker bu metodla sıfırdan minlərlə fərqli zülal yaratmağın yolunu tapmışdı.

Dosent Not deyir:

"Bu zülallar artıq dərmanlara, vaksinlərə, nanomateriallara, mikroskopik sensorlara və daha bir çox istifadəsi gələcəkdə mümkün olacaq sahələrə çevrilməkdədir”.

Avstraliya da ABŞ və Çin səviyyəsindədir

Bu inkişafla Avstraliya artıq ABŞ və Çin kimi ölkələrlə eyni səviyyədə süni intellekt əsaslı zülal mühəndisliyi platformasına sahibdir. Bu isə təkcə yerli səhiyyə sisteminə deyil, qlobal miqyasda müalicə üsullarının dəyişməsinə səbəb ola bilər.

Bu texnologiya yaxın gələcəkdə superbakteriyalarla mübarizədə, antibiotik dözümlülüyünün qarşısını almaqda və hətta dərmana davamlı xərçəng formalarının müalicəsində həlledici rol oynaya bilər.

qaynarinfo.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi