AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Yerə hər 14 dəqiqədən bir kosmosdan radiosiqnal gəlir

17.07.2025 / Maraqlı məlumatlar

Alimlər dərin kosmosdan gələn radioşüalanmanın mənşəyini müəyyən etməyə çalışırlar, lakin hətta əvvəllər ən mümkün hesab edilən nəzəriyyələr belə aşkarlanmış siqnalın davranışını izah edə bilmir. Astronomlar Yerə hər 14 dəqiqədən bir çatan radiosiqnallar aşkar ediblər. Son illərdə oxşar dövriyə malik bir neçə radio mənbə aşkarlansa da, bu mənbə siqnalın ekstremal polyarizasiyası və sürətlənməsi ilə digərlərindən fərqlənir. Yeni radiosiqnal “uzun dövrlüradiotransiyent” kimi tanınır və CHIME J1634+44adlandırılıb. Lakin bu siqnal, eyni kateqoriyaya aid digər dərin kosmos siqnallarına bənzəmir. “Uzun dövrlü radiotransiyentlər” termini, fırlanma dövrü bir neçə dəqiqədən bir neçə saata qədər olan və güclü maqnit sahələrinə malik yeni növ dövri radioşüa mənbələrini ifadə edir.
Alimlər belə radiosiqnalların çox güclü maqnit sahələrinə malik fırlanan neytron ulduzlar - maqnetarlar və ya ağ cırtdan ulduzlar tərəfindən yayıla biləcəyini düşünsələr də, onların əsl təbiəti hələ də aydın deyil. İndiyədək astronomlar cəmi 10 belə uzun dövrlü radiotransiyent aşkar ediblər. Alimlərin fikrincə, onlardan ikisi qırmızı cırtdan tipli ulduzla cüt sistemdə yerləşən ağ cırtdan ulduzlardır. Lakin digər siqnallar, o cümlədən CHIME J1634+44, bu cür izahla uyğun gəlmir. Bu radiosiqnal ilk dəfə 2022-ci ilin oktyabrında qeydə alınıb, lakin həmin vaxt yalnız bir radiosiqnal müşahidə olunmuşdu. Son 3 il ərzində astronomlar bu mənbədən 89 radiosiqnal qeydə alıblar.
CHIME J1634+44 siqnalının mənbəyi bizim qalaktikamızda yerləşir və əksər digər uzun dövrlü radiotransiyentlərdən fərqli olaraq, Süd Yolu qalaktikasının sıx ulduzlarla dolu hissəsində deyil. Radiosiqnalın mövqeyi ilə üst-üstə düşdüyü görünən yeganə namizəd obyekt isə perspektivli mənbə hesab olunmur. Əksər hallarda radiosiqnallar 70 dəqiqəlik dövrlərlə gəlirdi, lakin bəzən bu siqnallar arasında cəmi 14 dəqiqəlik fasilə olurdu. Alimlər radioşüalanmanın səbəbini tam başa düşməsələr və bu siqnalın hansı ulduzdan gəldiyini dəqiq bilməsələr də, ehtimal olunur ki, radiosiqnalın mənbəyi ikili ulduz sistemində yerləşir. Bu sistemin, çox güman ki, adi bir ulduzla ağ cırtdan və ya neytron ulduzu (pulsar tipli) arasında olduğu güman edilir.
Alimləri təəccübləndirən məqam CHIME J1634+44 radiosiqnalının demək olar ki, 100%-lik dairəvi polyarizasiyaya malik olması və sürətlənməsidir. İşıq güclü maqnit sahəsində yayıldıqda dairəvi polyarizasiya qazana bilər, lakin bu, adətən yalnız qeyd olunan fotonların bir hissəsinə aiddir. Yaxın 100%-lik polyarizasiyanı izah etmək isə olduqca çətindir. Daha da qəribə olan odur ki, radiosiqnallar arasındakı zaman, görünür, bir qədər qısalır - bu isə siqnal mənbəyinin sürətlənməsinə işarə edir. Tədqiqatın müəllifləri ehtimal edirlər ki, müşayiətçi ulduzdan çıxan maddə ağ cırtdan və ya neytron ulduzunun üzərinə düşür və məhz bu obyektlər şüalanmanın ən mümkün mənbəyi hesab olunur. Nəticədə isə qeyri-adi radioşüalanma baş verir.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi