AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Digər ulduz sistemində yeni qaz nəhəngi kəşf edilib

17.07.2025 / Maraqlı məlumatlar

Kepler-139 ulduz sistemində yeni planet aşkarlanıb. Bu sistemdə daha əvvəl astronomlar 4 planet kəşf etmişdilər. Onlardan biri qaz nəhəngi, qalan üçü isə Super Yer sinfinə aiddir. Ehtimal olunur ki, yeni aşkar olunmuş planet də qaz nəhəngidir. O, Yer kürəsindən 35 dəfə böyükdür. Astronomlar bizdən təxminən 1300 işıq ili uzaqlıqda yerləşən Kepler-139 ulduz sistemini yenidən müşahidə ediblər. Daha əvvəl Kepler kosmik teleskopu bu ulduzun ətrafında 4 planetin fırlandığını aşkarlamışdı, lakin alimlər onların sayının daha çox ola biləcəyini düşünürdülər. İndi isə məlum planetlərin orbitlərinin təhlili sayəsində Yer kürəsindən 35 dəfə böyük olan beşinci bir planetin mövcudluğu müəyyən edilib. Bu planet ulduz ətrafında bir tam dövrü 355 günə tamamlayır. Artıq istifadədən çıxarılmış Kepler kosmik teleskopu tranzit üsulu vasitəsilə Kepler-139 ulduzu ətrafında müxtəlif məsafələrdə fırlanan Super Yer sinfinə aid 3 planet aşkar etmişdi.
Tranzit üsulu ondan ibarətdir ki, teleskop bir planet ulduzun qarşısından keçərkən onun parlaqlığında yaranan azalmaları müşahidə edir. Sadə dildə desək, planet ulduzun işığında bir növ kölgə yaradır. Alimlər, planetlərin ulduza tətbiq etdikləri qravitasiya təsiri nəticəsində yaranan ulduzun titrəyişlərini öyrənməklə bu planetlərin kütləsini müəyyən edə biliblər. Planetlərin orbitlərindəki uyğunsuzluqlar bu ulduz sistemində daha başqa planetlərin də mövcud olduğunu göstərirdi. Lakin Kepler teleskopu, orbitləri əyilmiş olan və ulduzun önündən keçməyən planetləri görmək qabiliyyətində deyildi. Daha sonra astronomlar müəyyən etdilər ki, Kepler-139 ulduzu ətrafında dördüncü planet - qaz nəhəngi Kepler-139edə fırlanır. Bu planet digər 3 planetdən daha uzaqda yerləşir və onun orbital dövrü təxminən 5.5 Yer ilinə bərabərdir.
Bütün 4 planetin orbitlərinin və onların bir-birinə və ulduza göstərdiyi qravitasiya təsirinin dəqiq ölçülməsi astronomlara ən azı daha bir planetin mövcudluğu barədə nəticə çıxarmağa imkan verib. Bütün planetlər bir-birini qravitasiya qüvvəsi ilə cəzb edir və bu, onların ulduz qarşısından keçmə sürətinə təsir göstərə bilər. Astronomlar 3 Super Yerin ulduz qarşısından keçmə sürətini araşdırdıqda, onun proqnozlara uyğun gəlmədiyini müəyyən ediblər. Bu anomaliyanı təkcə qaz nəhəngi Kepler-139e-nin qravitasiya təsiri ilə izah etmək mümkün olmayıb.
Alimlər fərz edilən bir planetin ulduza və digər planetlərə göstərdiyi qravitasiya təsirini araşdıraraq onun doğrudan da mövcud olduğunu müəyyən ediblər. Bu nəhəng planet Kepler-139f adlandırılıb və qaz nəhəngi Kepler-139e ilə ulduzdan ən uzaqda yerləşən Super Yer olan Kepler-139c arasında yerləşir. Lakin bu planetin mövcudluğu hələlik yalnız dolayı sübutlarla təsdiqlənir. Alimlər hesab edirlər ki, Kepler-139 ulduz sistemində hələ aşkar edilməmiş başqa gizli planetlər də mövcud ola bilər. Ehtimal olunur ki, onlar Kepler-139c və Kepler-139bplanetlərinin orbitləri arasında yerləşə bilərlər. İndi astronomlar Kepler-139 sistemində beşinci planetin mövcudluğunu birbaşa sübut etməyə çalışırlar. Eyni zamanda, daha müasir teleskoplar vasitəsilə digər gizli planetləri də tapmaq mümkün ola bilər.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi