
Magistraturaya qəbul imtahanında esse ilə bağlı minimal tələb qoyula bilər
17.07.2025 / Maraqlı məlumatlar
“Ola bilər ki, gələcəkdə magistraturaya qəbul imtahanında esse yazmaqla bağlı minimal tələb qoyulsun”.
Bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev "2024-cü il üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı müzakirələr zamanı deyib.
O bildirib ki, magistraturada təhsil alan bir çox şəxslər həm də əmək bazarının iştirakçısıdırlar. Buna görə də universitetlərdə bu təhsil səviyyəsi üzrə oxuyanlar üçün dərslərin axşam saatlarında keçirilməsi məqsədəuyğundur.


