AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA-nın İdarəetmə Sistemləri İnstitutu ilə Bakı Mühəndislik Universitetı (BMU) və AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

09.10.2019 / Xəbərlər

9 oktyabr 2019-cu il tarixində  AMEA-nın İdarəetmə Sistemləri İnstitutu ilə   Bakı Mühəndislik Universitetı (BMU) və AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi  arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev çıxışında əməkdaşlığın uğurlu olacağını vurğulayıb. O bildirib ki, hər üç tərəfin kifayət qədər elmi və təcrübi potensialı var. Bu əməkdaşlıq sayəsində yeni innovativ elmi-tədqiqat işlərinin aparılması və yeni texnologiyaların işlənilməsi həyata keçiriləcək.
Digər çıxışlardan sonra BMU-nun rektoru, professor Havar Məmmədov, AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi direktoru, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev əməkdaşlıq müqaviləsini imzalayıblar.
Müqavilənin məqsədi BMU-da fəaliyyət göstərən ixtisaslar üzrə mütəxəssis hazırlığında və biliklərin yayılmasında maddi-texniki, elmi metodiki və təşkilatı tədbirlərin, müxtəlif sahə və istiqamətlər üzrə fundamental və tətbiq yönümlü elmi-tədqiqat işlərinin aparilması, yeni texnologiyaların işlənilməsi, əldə olunan elmi nəticələrin tədris prosesində və müxtəlif istehsalat sahələrində tətbiq olunmasıdır.
Sənəddə bir çox istiqamətlərdə (tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi, birgə elmi-praktik tədbirlərin təşkil olunması, təhsillə bağlı layihələrdə birgə iştirak, elmi əsərlərin, tədris və tədris-metodik resursların hazırlanması, tələbələrin  yay təcrübə proqramlarında iştirakının təmin edilməsi, fəaliyyət istiqamətlərinə uyğun mövzular çərçivəsində kursların təşkili,sənayenin aktual problemlərinin həllində birgə elmi-tədqiqat işlərinin aparılması, layihələrin həyata keçirilməsi və s.) birgə əməkdaşlıq məsələləri öz əksini tapıb.
Sonda qonaqlar BMU-nun maddi-texniki bazası ilə tanış olublar.

Link: www.beu.edu.az/az/news/xeberler/bmu-ile-amea-nin-iki-strukturu-arasinda-emekdasliq-muqavilesi-imzalanib-10213/

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi