AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Süni intellekt 10 saatlıq kodlaşdırma marafonunda real proqramçıya uduzub

22.07.2025 / Maraqlı məlumatlar

Polyak proqramçı Przemysław Debiak, yəqin ki, süni intellekti kod yazmaqda məğlub edə bilmiş peşə sahibləri arasında sonuncularından biridir. OpenAI tərəfindən hazırlanmış qabaqcıl süni intellekt modeli ikinci yeri tutsa da, 10 saatlıq marafon çempionu tam tükəndirmişdi. “Psycho” ləqəbi ilə də tanınan və keçmiş OpenAI əməkdaşı olan Przemysław Debiak, Tokioda keçirilmiş AtCoder World Tour Finals müsabiqəsi çərçivəsində süni intellektə qarşı yarışda iştirak edib. Proqramlaşdırma yarışları təşkil edən və qlobal reytinqlər hazırlayan Yaponiyanın AtCoder platforması, dünyanın ən yaxşı proqramçılarının süni intellekt modeli ilə qarşılaşdığı ilk yarışmalardan birini keçirmiş ola bilər. Tədbirin sponsoru OpenAI olub və bu məqsəd üçün xüsusi hazırlanmış model təqdim edilib. Həmin model yarışmada ikinci yeri qazanıb. “İnsanlıq qalib gəldi (hələlik!). Tamamilə tükənmiş vəziyyətdəyəm. Hesabladım ki, son 3 gündə cəmi 10 saat yatmışam və güclə ayaqdayam” - deyə qalib iştirakçı sosial şəbəkə X-də etiraf edib.

Yarış iştirakçılarına NP-hard kateqoriyasına aid tapşırıqlar təqdim olunmuşdu - bu tapşırıqlar kompüterlər üçün xüsusilə çətindir, çünki onlar üçün optimal həlli tez və dəqiq tapmağa imkan verən məlum alqoritmlər mövcud deyil. Ən yaxşı nəticə əldə etmək üçün isə evristik yanaşma tətbiq olunmalı idi - yəni ideal olmasa da, praktik və işlək həll yolları tapmaq tələb olunurdu. Tapşırıqları yerinə yetirmək üçün iştirakçılara 10 saat vaxt verilmişdi. Bütün iştirakçılar, o cümlədən OpenAI komandası, AtCoder tərəfindən təmin edilmiş eyni avadanlıqlardan istifadə ediblər - həm insanlar, həm də süni intellekt bərabər şərtlərlə yarışıb. İstənilən proqramlaşdırma dilindən istifadə etməyə icazə verilirdi və həlləri istənilən sayda yoxlamaya göndərmək mümkün idi, lakin ən azı 5 dəqiqəlik fasilə ilə.

Yarışın nəticələrinə əsasən, Przemysław Debiak 1 812 272 558 909 xal toplayıb və 500 000 yen (təxminən 3361$) məbləğində mükafat qazanıb. OpenAI-nin xüsusi olaraq bu yarış üçün hazırladığı və məntiqi düşünmə arxitekturasına əsaslanan o3 modelinə əsaslanan OpenAIAHC adlı süni intellekt modeli isə 1 654 675 725 406 xal toplayaraq liderdən 9.5% geri qalıb, lakin illik reytinqlər əsasında seçilmiş digər 10 finalçını geridə qoyub. OpenAI ikinci yeri böyük nailiyyət hesab edib. “o3 kimi modellər proqramlaşdırma və riyaziyyat üzrə yarışlarda dünyanın ən yaxşı 100-lüyünə daxildir.
AtCoder kimi tədbirlər bizə modellərimizin strateji düşünmə, uzunmüddətli plan qurma və insanların etdikləri kimi təcrübə və səhv yolu ilə həlləri yaxşılaşdırmaq qabiliyyətini sınamaq imkanı verir” - deyə şirkət nümayəndəsi bildiriblər. OpenAI-ni həddindən artıq optimistlikdə günahlandırmaq da çətin olar: Stenford Universitetinin hesablamalarına görə, əgər 2023-cü ildə süni intellekt sistemləri proqramlaşdırma tapşırıqlarının cəmi 4.4%-ni həll edə bilirdilərsə, 2024-cü ildə bu göstərici 71.7%-ə yüksəlib. GitHub platformasının 2024-cü il yekunlarına əsaslanan sorğusu göstərib ki, proqramçıların 90%-dən çoxu artıq iş prosesində süni intellektdən istifadə edir. Lakin bir müddət əvvəl aparılmış bir başqa tədqiqat göstərib ki, süni intellekt bəzi hallarda təcrübəli proqramçıların işini sürətləndirmək əvəzinə, əksinə, onu yavaşlada bilər.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi