AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

ABŞ-da gələcəyin kvant kompüterləri üçün əsas ola biləcək unikal çip yaradıldı

23.07.2025 / Maraqlı məlumatlar

ABŞ-ın Boston şəhərində alimlər gələcəkdə kvant kompüterlərinin geniş istehsalına təkan verə biləcək unikal kvant çipi hazırlayıblar. Boston, Kaliforniya və Şimal-Qərb universitetlərinin tədqiqatçıları cəmi 1 kvadrat millimetr ölçüsündə olan bu miniatür "kvant işıq fabriki”ni təqdim ediblər.

Universitetin bloqunda yayımlanan məlumata əsasən, çip 45 nanometrlik CMOS texnologiyası ilə istehsal olunub – bu, klassik x86 və ARM prosessorlarının da istehsalında istifadə olunan texnologiyadır.

Çipin daxilində 12 kiçik halqa-rezonator yerləşir. Bu rezonatorlar kvant texnologiyaları üçün vacib olan dolaşıq foton cütlərini yaradır. Əvvəllər belə fotonlar yalnız bahalı və kövrək qurğular vasitəsilə əldə edilirdi.

Əsas innovasiya təkcə kvant işığının generasiyasında deyil, həm də bu sistemin necə sabit saxlanılmasındadır. Belə rezonatorlar temperaturun kiçik dəyişiklikləri ilə belə işləmə vəziyyətindən çıxa bilər. Bu problemi həll etmək üçün alimlər hər bir generatora miniatür fotodetektor, qızdırıcı və idarəedici sxem yerləşdiriblər. Bu mexanizmlər sayəsində sistem özünü avtomatik tənzimləyir və xarici stabilizatorlara ehtiyac qalmır.

Alimlər qeyd edir ki, bu texnologiyanın əsas üstünlüyü onun artıq mövcud olan sənaye istehsalı imkanları ilə tam uyğunluğudur. 45-nanometrlik texnoloji proses ən yeni olmasa da, yetkin, etibarlı və geniş tətbiq sahəsinə malikdir.
 
Boston Universitetinin professoru Miloş Popoviç bildirib ki, bu inkişaf göstərdi ki, mürəkkəb kvant komponentlərini adi prosessorlar kimi kütləvi şəkildə istehsal etmək mümkündür.
 
Layihə ABŞ-ın Milli Elm Fondunun və digər qurumların dəstəyi ilə həyata keçirilir. Layihənin bəzi iştirakçıları artıq "Google X", "PsiQuantum" və "Ayar Labs" şirkətlərində çalışırlar.
qaynarinfo.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi