Elmi şuranın növbəti iclası keçirildi
28.10.2019 / Elmi şuranın iclasları28 oktyabr 2019-cu ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirildi. İclasda 1.5 saylı “Texniki obyektlərin monitorinqi və nəzarət sistemləri” laboratoriyasının, 1.9 saylı “Neftqazçıxarma obyektlərin nəzarət, diaqnostika və idarəetmə sistemləri” laboratoriyasının, 1.2 saylı “Siqnаllаrın tanınması üsulları və texniki diaqnostika sistemləri” laboratoriyasının, 1.10 saylı “Neft və qaz məhsullarının nəqli prosesinin nəzarət və ölçü vasitələrinin yaradılması” laboratoriyasının, 2.1 saylı “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının 2019-cu il üzrə görülən işlər haqqında hesabatları müzakirə edilmişdir.