Elmi şuranın növbəti iclası keçirildi
29.10.2019 / Elmi şuranın iclasları29 oktyabr 2019-cu ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirildi. İclasda 6 saylı “Elmi-texniki informasiya və patent tədqiqatları” şöbəsinin, 2.1 saylı “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının, 3.5 saylı “Kənd təsərrüfatında modelləşdirmə və idarəetmə” laboratoriyasının, 1.8 saylı “Qeyri-stasionar proseslərin real vaxt rejimində analizi üsulları” laboratoriyasının 2019-cu il üzrə görülən işlər haqqında hesabatları müzakirə edilmişdir.