AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Kağız əsaslı cihaz immun qüsurlarını dəqiqliklə aşkarlayır

24.07.2025 / Maraqlı məlumatlar

Tayvan Milli Universitetinin alimləri anti-IFN-γ anticisimlərini yüksək həssaslıqla müəyyən edən innovativ 3D kağız əsaslı analitik cihaz hazırlayıblar.

“MedicalXpress” portalı xəbər verir ki, tədqiqatçılar immun sistemindəki pozuntuları aşkarlamaq üçün yeni, sürətli və sərfəli diaqnostik metod təqdim ediblər. Onların layihələndirdiyi 3D qatlanmış kağız əsaslı analitik cihaz (3D-osPAD) interferon-qamma (IFN-γ) molekulunu bloklayan və immun çatışmazlığına səbəb olan zərərli anti-IFN-γ anticisimlərini cəmi 10 dəqiqə ərzində yüksək dəqiqliklə aşkarlamağa imkan verir. Yeni texnologiya “Biosensors and Bioelectronics” jurnalında dərc olunub.

Cihazın əsas yeniliyi yerində siqnal gücləndirilməsi texnologiyası ilə inteqrasiya olunmuş qızıl nanohissəciklərdən istifadədir. Bu texnologiya sayəsində cihaz anti-IFN-γ anticisimlərinin hətta az miqdarlarını belə müəyyənləşdirə bilir və ənənəvi diaqnostik metodlarla müqayisədə həssaslığı on dəfə artırır. Bütün diaqnostik reagentlər əvvəlcədən 3D kağız quruluşunda yerləşdirildiyindən, istifadəçi yalnız kiçik bir damla qan zərdabı əlavə etməklə analizə başlaya bilər. Nəticə cəmi 10 dəqiqə ərzində əldə olunur.

Tədqiqatın aparıcı müəllifi, professor Çien-Fu Çen qeyd edir: “Məqsədimiz bahalı laboratoriya avadanlıqlarına ehtiyac olmadan yerində istifadə oluna bilən, istifadəçi dostu və yüksək həssas analitik alətlər yaratmaqdır”.

Cihaz klinik sınaqlar zamanı 100 faiz həssaslıq və spesifiklik nümayiş etdirərək immun sistemində çatışmazlıqlar olan pasiyentlərin dəqiq identifikasiyasına nail olub. Portativ və istifadəsi asan bu texnologiya həm xəstəxana şəraitində, həm də ucqar klinikalarda immun çatışmazlığının erkən aşkarlanması, üçün geniş potensiala malikdir.

azertag.az

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi