
Elm və təhsil naziri Şimali Kiprin milli təhsil naziri ilə görüşüb
25.07.2025 / Mühüm xəbərlər
İyulun 24-də elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Respublikasının milli təhsil naziri Nazım Çavuşoğlu ilə görüşüb.
Görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.


