
Akademik Asəf Hacıyev Fransada keçirilən beynəlxalq konfransda iştirak edib
25.07.2025 / Mühüm xəbərlər
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının baş katibi, akademik Asəf Hacıyev cari ilin iyul ayında Fransanın Lille şəhərində keçirilən İdarəetmə Elmi və Mühəndislik İdarəetmə mövzusunda keçirilən XIX beynəlxalq konfransda (International Conference on Management Science and Engineering Management ICMSEM 2025) plenar məruzə ilə çıxış edib. Reqressiya analizinin süni intellekdə istifadəsi və alimin bu sahədə aldığı son elmi nəticələrə həsr olunan plenar məruzə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, sözügedən konfrans Beynəlxalq İdarəetmə Elmi və Mühəndislik İdarəetmə Cəmiyyəti (ISMSEM) və Fransanın Lille Universitetinin təşkilatçılığı ilə silsiləvi şəkildə keçirilir. Konfrans İdarəetmə elmi sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, eləcə də dünya alimləri tərəfindən bu sahədə aparılan cari tədqiqat işlərinin yekun nəticələrinin müzakirə edilməsi məqsədini daşıyır.


