AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

K2-18b ekzoplanetində həyatın mövcudluğu təkzib edilib

29.07.2025 / Maraqlı məlumatlar

Bu ilin əvvəlində astronomlar, sanki sensasiyalı bir kəşf etdiklərini bildirmişdilər. Onlar başqa bir planetdə yadplanetli həyatın mövcudluğuna dair ən inandırıcı sübutları tapdıqlarını iddia etmişdilər. Lakin yeni araşdırma bu iddianı təkzib edir. Son bir neçə ildir ki, astronomların diqqət mərkəzində olan obyekt K2-18b planetidir. Bu, Yerə bənzər, qayalıq bir dünyadır və bizdən 124 işıq ili uzaqlıqda yerləşir. Ölçü baxımından Yer kürəsindən təxminən 2.5 dəfə böyükdür və çoxlu suyun mövcud olduğu ehtimal edilir. 2023-cü ildə tədqiqatçılar ilk dəfə olaraq K2-18b planetində yadplanetli həyatın mövcudluğunu göstərə biləcək molekullar aşkarladıqlarını bildirmişdilər. Daha sonra, bu ilin aprel ayında eyni astronom qrupu uzaq bir planetdə həyatın mövcud ola biləcəyinə dair indiyə qədərki ən inandırıcı sübutları aşkar etdiklərini bəyan etdi.

Lakin James Webb kosmik teleskopu vasitəsilə aparılmış yeni müşahidələr göstərir ki, əslində K2-18b planetində həyat əlamətləri yoxdur. Hərçənd, bu planetin su ilə zəngin bir dünya olduğu təsdiqlənir. 2 il əvvəl və bu ilin əvvəlində bir qrup astronom James Webb kosmik teleskopu vasitəsilə K2-18b planetinin atmosferində xüsusi molekullar - dimetilsulfid və dimetildisulfid - aşkarladıqlarını bildirmişdilər. Yer kürəsində bu molekullar yalnız canlı orqanizmlər tərəfindən ifraz edilir. Buna əsaslanaraq alimlər ehtimal etdilər ki, bəlkə də Yer planetindən başqa ilk yaşanılan dünyanı kəşf ediblər. Yeni araşdırmanın müəllifləri də James Webb teleskopundan istifadə edərək K2-18b planetini müşahidə ediblər, lakin potensial yadplanetli həyata işarə edə biləcək molekulların varlığına dair aydın sübutlar tapmayıblar.

Alimlər bildirirlər ki, çox zəif bir biosiqnal - yəni həyatla əlaqəli molekulların zəif izi - ola bilər, lakin böyük ehtimalla K2-18b planetində belə molekullar ümumiyyətlə yoxdur. Tədqiqatçılar hesab edirlər ki, bəlkə də başqa molekullar dimetilsulfidə bənzəyərək onu maskalayır. Alimlərin sözlərinə görə, K2-18b planetinin potensial yaşanılan dünya olub-olmaması ilə bağlı müzakirəyə böyük ehtimalla son qoymaq olar. Görünür, bu planetdə yadplanetli həyat mövcud deyil. Tədqiqatın müəllifləri həmçinin aşkar ediblər ki, K2-18b kimi hidrogenlə zəngin atmosferə malik bəzi planetlərdə dimetilsulfidin kimyəvi yolla əmələ gəlməsi mümkündür. Yəni bu molekulun yaranması üçün mütləq canlı orqanizmlərə ehtiyac yoxdur. Eyni zamanda, astronomlar təsdiqləyiblər ki, K2-18b su ilə zəngin bir dünyadır. Lakin hələlik məlum deyil ki, bu planetin səthi okeanlarla örtülüdür, yoxsa su atmosferdə buxar şəklində mövcuddur, ya da planetin dərinliklərində yerləşir.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi