
Çin yeni beynəlxalq təşkilat yaratmağı təklif edib
28.07.2025 / Maraqlı məlumatlar
Çinin Baş naziri Li Tsyan Çinin süni intellekt sahəsində əməkdaşlıq üçün beynəlxalq təşkilat yaratmaq təşəbbüsünü açıqlayıb.
Bu barədə o, Şanxayda keçirilən Ümumdünya Süni İntellekt konfransında bildirib.
Qeyd olunub ki, Çin baş nazirinin açıqlamaları Pekinin bu texnologiyalar sahəsində mübarizədə özünü ABŞ-yə alternativ kimi irəli sürdüyünü göstərir.
Li Tsyan bəzi ölkələrin və şirkətlərin süni intellekti eksklüziv oyuna çevirmək cəhdlərini tənqid edib.


