
Mərkəzi Elmi Kitabxananın 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
30.07.2025 / Maraqlı məlumatlar
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının 100 illiyinə həsr olunmuş “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” adlı beynəlxalq elmi konfrans keçiriləcək.
Konfransın işi aşağıdakı istiqamətlər üzrə planlaşdırılır:
- Kitabxanalarda süni intellekt: problemlər və perspektivlər;
- Akademik kitabxanalar rəqəmsal informasiya mühitində;
- Kitabxana fəaliyyətinin müasir vəziyyəti: beynəlxalq və yerli təcrübə;
- Türk dövlətlərində milli-mədəni irsin qorunmasında kitabxanaların rolu.
Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis, rus.
Tezislərin göndərilməsinin son tarixi: 20 oktyabr 2025-ci il
Məqalələr [email protected] ünvanına göndərilməlidir.
Konfrans haqqında ətraflı məlumatı buradan əldə etmək mümkündür.
Qeyd edək ki, konfrans materialları jurnal şəklində nəşr olunacaq.


