AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib

18.11.2019 / Xəbərlər

Oktyabr ayında 2019-cu il tarixində Azərbaycan alimlərinin məqaləsi “Web of Science” beynəlxalq bazasında referatlaşdırılmış “Differential Equations” ISSN: 0012-2661(Print) və 13 noyabr 2019-cu il tarixində 1608-3083(Online) (Q3 kateqoriyalı jurnal) (link.springer.com/journal/10625) 0.659 yüksək impakt faktorlu jurnalda dərc edilib.
AMEA Rəyasət Heyətinin qrantı çərçivəsində dərc olunan “Qeyri-hamar əmsallı ümumiləşmiş Manjeron tənliyi üçün Neyman məsələsinin korrekt həllolunması barədə” (link.springer.com/article/10.1134/S0012266119100112) sərlövhəli məqalənin müəllifləri AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun  direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının müdiri, AMEA-nın professoru İlqar Məmmədov  və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları – professor Telman Məlikov, AMEA-nın professoru Rövşən Bəndəliyevdir.

Məqalədə qeyri-hamar əmsallı, dörd tərtibli ümumiləşmiş Manjeron tənliyi üçün  verilmiş düzbucaqlı oblastda uzlaşma şərtləri tələb etməyən, qeyri-klassik şərtli Neyman məsələsinə baxılır. Qoyulmuş məsələnin həlli izotrop Sobolev fəzasında axtarıldığı halda,əsaslandırılır ki, bu şərtlər klassik sərhəd şərtlərinə ekvivalentdirlər. Korrekt həllolunmanın qurulması inteqral göstərilişlər üsulu əsasında, məsələni inteqral tənliklər sisteminə reduksiya etməklə həyata keçirilir. Ümumiləşmiş Manjeron tənliyi üçün Neyman məsələsinin korrekt həllolunması operator   tənliklər üsulu ilə isbat edilir.

Xüsusi qeyd edək ki, bu vaxta qədər ədəbiyyatda ümumiləşmiş Manjeron tənliyi üçün Neyman məsələsi əmsallar ancaq kifayət qədər hamar olan hal üçün öyrənilmişdir. Bu işdə ilk dəfə olaraq,tənliyin əmsalları üzərinə kifayət qədər təbii şərtlər qoyulmaqla ümumiləşmiş Manjeron tənliyi üçün Neyman məsələsi tədqiq edilir.  Bundan başqa, baxılan ümumiləşmiş Manjeron tənliyi müxtəlif fiziki proseslərin çoxlu model tənliklərinin ümumiləşməsidir (Bussinesk-Lyav tənliyi, ümumiləşmiş rütubətkeçirmə tənliyi, teleqraf tənliyi, simin rəqs tənliyi, istilikkeçirmə tənliyi, Aller tənliyi və s.). Beləliklə, baxılan məsələ nəinki nəzəri, həm də böyük praktiki maraq kəsb edir.

Məqaləni oxumaq üçün linkə keçid edin:
link.springer.com/article/10.1134/S0012266119100112

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi