AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Tədqiqat: Təkcə iki amil Altsheymer xəstəliyini gecikdirməyə qadirdir

31.07.2025 / Maraqlı məlumatlar

Altsheymer kimi dəhşətli bir xəstəliyi gecikdirmək mümkündürmü? Aparılan son tədqiqatın nəticələrinə əsaslanan alimlər bu suala cavab veriblər.

“Huff Post” portalı xəbər verir ki, 2025-ci ilin iyun ayında molekulyar neyro-degenerasiya üzrə aparılan bir araşdırma bu mövzunu da tədqiq edib və belə bir nəticəyə gəlib ki, demensiya riskinin 45 faizə qədəri dəyişdirilə bilən risk faktorlarına, yəni idman və pəhrizə aid oluna bilər. Tədqiqat aydınlaşdırıb ki, bu iki amil BDNF və ya beyindən qaynaqlanan neyrotrofik faktoru artırır. BDNF neyrooplastikliyə və ya beynin uyğunlaşma, öyrənmə və yadda saxlamaq qabiliyyətinə kömək edən bir proteindir.

“HuffPost” tədqiqatın nəticələri haqqında bir həkimlə danışıb və o, bunların məntiqli olduğunu deyib. Belə ki, neyrodegenerativ pozulmalar və funksional tibb üzrə ixtisaslaşmış nevroloq və “1MD Nutrition” şirkətinin məsləhətçisi Aleksandr Zubkovun fikrincə, gəzinti və pəhriz beyin hüceyrələrinin böyüməsinə, bərpasına və ünsiyyətinə kömək edən əsas zülal olan BDNF-ni artırmaq üçün bildiyimiz ən sadə üsullardan ikisidir. “Daha yüksək BDNF səviyyələri daha yaxşı yaddaş və idrak qabiliyyətinin azalmasının gecikməsi ilə güclü şəkildə bağlıdır”, - deyə alim qeyd edib.

Tibb Elmləri Arxivində aparılan bir araşdırmaya görə, BDNF-də azalma tez-tez Altsheymer kimi nevroloji xəstəlikləri olan insanlarda müşahidə olunur. Gəzinti BDNF ifadəsini artırmaq üçün vacib bir yoldur. “Brain Sciences” nəşrində 2025-ci ildə aparılan bir araşdırma orta və yüksək intensivlikdə yerimənin BDNF səviyyələrini dərhal və 11 faiz artırdığını göstərib. Əksər məlumatlar gündəlik təxminən 7,000 ilə 8,000 addım atmağın beyin və ürək sağlamlığı üçün real faydası nöqtə olduğunu sübut edir. Burada sürət də önəmlidir. Maksimum fayda əldə etmək üçün danışa biləcəyiniz qədər çevik, amma oxuya bilməyəcək qədər sürətli tempi seçmək məsləhət görülür.

Qidalanma başqa bir əsas amildir. Əksər müasir tədqiqatlar təkcə pəhriz deyil, qida rasionunun zəngin olmasına da diqqət yetirir, çünki bu, beyin sağlamlığı üçün lazım olan maddələri təmin edir. Rasiona tünd və yarpaqlı yaşıl tərəvəzlər, qoz-fındıq, zeytun yağı, giləmeyvə, yaşıl çay və hətta qırmızı şərab daxil etmək, habelə “Omega-3” ilə zəngin balıq məhsullarına geniş yer ayırmaq xəstəliyi gecikdirə bilər.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi