AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Avropa Universitetləri Futzal Çempionatının qalibi olan komanda ilə görüş keçirilib

01.08.2025 / Maraqlı məlumatlar

Elm və təhsil naziri Emin Əmrullayev 14-cü Futzal üzrə Universitetlərarası Avropa Çempionatının qalibi olan Azərbaycan İdman Akademiyasının komandası ilə görüşüb.

Nazir tələbə-idmançıları əldə etdikləri qələbə münasibətilə təbrik edib, onların bu uğurunu həm ali təhsilin idman sahəsində beynəlxalq səviyyədə tanıdılması, həm də ölkəmizin gənclərinin potensialının nümayişi baxımından yüksək qiymətləndirib. Emin Əmrullayev bildirib ki, tələbə və gənclərin həm təhsil, həm də idman sahəsində fəal iştirakı, mütəmadi təşkil edilən liqa və turnirlərdə formalaşan sağlam rəqabət mühiti onların inkişafında mühüm rol oynayır. Nazir tələbə futbolçulara bundan sonra da həm təhsildə, həm də idmanda uğurlar arzulayıb.

Görüşdə çıxış edən elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov bildirib ki, 2023-cü ildə təsis edilmiş Azərbaycan Tələbə Liqası tələbələr arasında yarışların keçirilməsinə, idmanda istedadlı gənclərin üzə çıxarılmasına və onların beynəlxalq arenalara hazırlanmasına böyük töhfə verib. Nazir müavini vurğulayıb ki, bu yarışlar sayəsində formalaşan tələbə komandamız bu gün Avropa çempionu olaraq ölkəmizin təhsil və idman həyatında tarix yazıb. Nazir müavini tələbələrin qələbəsini Azərbaycanın ali təhsil sisteminin nailiyyəti kimi qiymətləndirib, bütün komanda üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən komanda üzvləri də öz növbələrində göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda komandanın adından elm və təhsil nazirinə xatirə futbol köynəyi təqdim olunub.

Xatırladaq ki, Azərbaycan İdman Akademiyasının komandası 17-25 iyul tarixində Xorvatiyanın Zaqreb şəhərində keçirilən 14-cü Universitetlərarası Avropa çempionatında ölkəmizi təmsil edib.

Komandamız qrup mərhələsində İsveçrə komandasına (5:1), Xorvatiya komandasına (6:2) qalib gələrək 1/4 finalda Fransa komandası üzərində 5:4, yarımfinalda İspaniya komandasına 5:1, finalda İspaniyanın Valensiya Universitetinə 7:2 hesabı ilə qələbə qazanaraq Avropa çempionu adına layiq görülüb.

Komandanın Avropa Çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol  Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyilə həyata keçirilib.

muallim.edu.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi