AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Peyklər tullantıların atmosferə ehtimal olunandan iki dəfə çox metan qazı buraxdığını qeydə alıb

01.08.2025 / Maraqlı məlumatlar

Tullantıların qlobal metan emissiyaları əvvəllər hesab edildiyindən xeyli yüksəkdir. Peyk məlumatlarına əsaslanan, bu istixana qazının faktiki emissiya həcmləri rəsmi statistikanı 40-100 faiz üstələyir. Bu, tullantı poliqonlarını iqlim təhlükəsinin ən böyük və ən çox lazımi qədər qiymətləndirilməmiş mənbələrindən birinə çevirir.

“Science” jurnalında dərc olunan tədqiqat atmosferdə qazların konsentrasiyasını izləyən TROPOMI (Sentinel-5P) peykinin məlumatlarına əsaslanır. Alimlər Cənubi Amerika və Afrikadan tutmuş Cənub-Şərqi Asiya və ABŞ-a qədər dünyanın 1200 ən böyük tullantı poliqonunu təhlil ediblər. Məlum olub ki, poliqonların cəmi 10 faizi tullantılarla atmosferə atılan bütün metanın yarısını yaradır.

Metan karbon qazından sonra ikinci ən vacib istixana qazıdır, lakin onun istixana effekti 20 illik üfüqdə CO₂-dən 80 dəfə güclüdür. Eyni zamanda, o, atmosferdə nisbətən az müddət - təxminən 10 il yaşayır. Bu o deməkdir ki, metan emissiyalarının azaldılması qlobal istiləşməni yavaşlatmağın ən sürətli yollarından biridir.

Bu gün tullantılar antropogen metan emissiyalarının 11-20 faizini formalaşdırır və indi aydındır ki, bu rəqəmlər aşağı salınıb.

Məsələn, ABŞ-da peyklər ayrı-ayrı poliqonlarda emissiyaların rəsmi məlumatlardan 2,5-6 dəfə çox ola biləcəyini qeydə alıb. Los-Anceles poliqonu üzərində və Latın Amerikasında - Argentina, Çili və Meksikada xüsusilə yüksək səviyyədə metan aşkar edilib.

Tədqiqatçılar vurğulayırlar ki, ən çox çirklənmiş zibilliklərin yalnız 10 faizini modernləşdirməklə, qlobal poliqon metan emissiyalarını iki dəfə azaltmaq olar. Bu, iqlimə təsir etmək üçün nisbətən ucuz, lakin son dərəcə səmərəli bir yoldur.

Ən təsirli tədbirlər tullantıların hermetizasiyası və metan mənbələrinin təcrid edilməsi, qaztoplama və utilizasiya sistemlərinin quraşdırılması, metanın elektrik enerjisi və ya istiliyə çevrilməsi, xüsusilə inkişaf etməkdə olan ölkələrdə açıq zibilliklərdən sanitariya poliqonlarına keçiddir.

Ekspertlər hesab edirlər ki, beynəlxalq iqlim maliyyəsi və "Global Methane Pledge" kimi qlobal sazişlər tullantı ərazilərinə daha çox diqqət yetirməlidir - bu, tez və genişmiqyaslı nəticələr verə bilən “aşağı asılmış meyvədir”.

“Biz sadəcə olaraq bu fürsətdən istifadə etməliyik. Zibilliklər ekzotik problem deyil, gündəlik emissiya mənbəyimizdir. O, nəzarət altına alına bilər və həll yolları artıq mövcuddur”, - deyə Harvard Universitetinin professoru Daniel Ceykob bildirib.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi