
SOCAR-ın “Elm və Təhsil Fondu”nun müsabiqə elanı
01.08.2025 / Mühüm xəbərlər
Azərbaycan Respublikasında elmin inkişafına dövlətin xüsusi qayğısını rəhbər tutaraq ölkədə neft, neft-kimya və qaz sənayesi, alternativ və yaşıl enerji sahələri ilə əlaqədar fəaliyyət (yataqların axtarışı, kəşfiyyatı, hazırlanması, işlənməsi, neftin, qazın, kondensatın hasilatı, nəqli, emalı, bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi və s.) istiqamətləri üzrə önəm kəsb edən aktual məsələlərin müxtəlif aspektlərinin elmi-nəzəri tədqiqinin, praktiki həlli yollarının müəyyən edilməsi, eləcə də innovativ və tətbiqyönümlü nəticələrin əldə olunması, texnoloji və ya kommersiya potensialına malik elmi fəaliyyətin təşviqi məqsədilə SOCAR-ın “Elm və Təhsil Fondu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra ETN) tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrində çalışan alimlər və onlarla birgə layihələrdə icraçı qismində iştirak edəcək SOCAR-ın əməkdaşları üçün 2025-2026-cı illər (on iki aylıq) üzrə müsabiqə elan edir.
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:


