AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Google Gemini 2.5 Deep Think süni intellekt modeli istifadəyə verilib

04.08.2025 / Maraqlı məlumatlar

Google DeepMind şirkətin indiyədək yaratdığı ən qabaqcıl süni intellekt modeli olan Gemini 2.5 Deep Think-in istifadəyə verildiyini elan edib. Tərtibatçıların sözlərinə görə, bu model istifadəçi sorğularına cavab vermək üçün eyni anda bir neçə variantı araşdırır və təhlil edir, sonra isə alınan nəticələri müqayisə edərək ən yaxşısını seçir. Aylıq 250$ dəyərində olan Google Ultra abunəliyinə sahib istifadəçilər artıq bu həftə modelə çıxış əldə edə biləcəklər. Google bu il may ayında keçirilmiş ənənəvi Google I/O konfransında Gemini 2.5 Deep Think modelini elan etmiş və bildirmişdi ki, bu model şirkətin ictimaiyyətə açıq olan ilk çoxagentli süni intellekt sistemidir. Belə yanaşma neyron şəbəkəyə sorğunu paralel şəkildə emal etmək və ona müxtəlif cavab variantları tapmaq üçün bir neçə süni intellekt agentini işə salmağa imkan verir. Bu, əlbəttə ki, daha çox hesablama resursu tələb edir, lakin nəticə etibarilə, tək agentli sistemlərlə müqayisədə əhəmiyyətli dərəcədə daha keyfiyyətli cavablar əldə olunur.

Ötən ay məlum olmuşdu ki, Gemini 2.5 Deep Think alqoritmi Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal səviyyəsində nəticələr əldə etməyi bacarıb. Gemini 2.5 Deep Think ilə birlikdə, tərtibatçılar həmin olimpiadada iştirak etmiş süni intellekt modelinin versiyasına da yalnız seçilmiş riyaziyyatçılar və alimlər üçün çıxış imkanı təqdim edəcəklər. Google ümid edir ki, bu alqoritm elmi araşdırmaların effektivliyini artıracaq və buna görə də şirkət çoxagentli sistemin akademik məqsədlərlə istifadəsini necə daha da təkmilləşdirmək barədə rəylər toplamağa çalışır. Google bildirib ki, Gemini 2.5 Deep Think modeli may ayında I/O konfransında elan olunmuş versiya ilə müqayisədə əldə olunan təkmilləşdirmələr sayəsində xeyli inkişaf edib.

Bu tərəqqiyə "mükafatlandırıcı təlim üsullarının" tətbiqi kömək edib - bu üsullar alqoritmi öz məntiqi imkanlarını daha səmərəli şəkildə istifadə etməyə təşviq edir. Google-un məlumatına görə, yeni süni intellekt modeli “İnsanlığın son imtahanı” adlanan testdə uğurla çıxış edib. Bu test minlərlə dəqiq və yoxlanıla bilən akademik sualdan ibarətdir və riyaziyyat, humanitar və təbiət elmlərini əhatə edir. Google bildirib ki, şirkətin neyroşəbəkəsi bu testdə 34.8 % nəticə göstərib. Müqayisə üçün, xAI tərəfindən hazırlanmış Grok 4 alqoritmi 25.4 %, OpenAI-nin o3 modeli isə cəmi 20.3 % nəticə əldə edib. Google həmçinin iddia edir ki, Gemini 2.5 Deep Think süni intellekt modeli OpenAI, xAI və Anthropic şirkətlərinin modellərindən LiveCodeBench6 adlı testdə də üstün olub.

Bu bənçmark çətin proqramlaşdırma tapşırıqlarından ibarətdir. Test nəticələrinə əsasən Gemini 2.5 Deep Think 87.6%, Grok 4 79%, OpenAI o3 isə 72% nəticə sərgiləyib. Gemini 2.5 Deep Think sorğudan asılı olaraq lazımi süni intellekt agentlərini avtomatik olaraq aktivləşdirir - məsələn, proqram kodu yazmaq və ya internetdə axtarış aparmaq üçün. Tərtibatçıların sözlərinə görə, bu neyroşəbəkə ənənəvi süni intellekt modelləri ilə müqayisədə daha uzun və əhatəli cavablar təqdim etməyə qadirdir. Yaxın vaxtlarda Google Gemini 2.5 Deep Think modelinə çıxışı seçilmiş tərtibatçılar qrupu üçün xüsusi API vasitəsilə əlçatan edəcək.

 

technote.az

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi