AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

James Webb 250 000-dən çox qalaktikanı bir fotoda əks etdirib

06.08.2025 / Maraqlı məlumatlar

 

James Webb kosmik teleskopu NASA-nın, AvropaKosmik Agentliyi (ESA) və Kanada KosmikAgentliyinin (CSA) birgə layihəsidir. Bu teleskop 2500-dən çox qalaktikanın əks olunduğu yeni, təsirli bir görüntünün əsas məlumat mənbəyi olub. 2003-cü ildə Hubble kosmik teleskopu mövcud elmi alətlərindən istifadə edərək kosmosun kiçik bir hissəsinə dərindən baxmaq üçün müşahidələr aparmışdı. Nəticədə təxminən 10 000 uzaq qalaktikanın yer aldığı məşhur Hubble Ultra Deep Field (HUDF) görüntüsü əldə edilmişdi. 2012-ci ildə isə teleskopdan istifadə olunaraq daha da dərin bir görüntü - Hubble Extreme Deep Field (XDF) çəkildi və bu görüntü HUDF-nin mərkəzi hissəsini əhatə edirdi. İndi isə daha müasir kosmik teleskop olan James Webb öz elmi alətlərindən istifadə edərək həmin kosmik sahəyə yenidən baxış keçirib.
 Bu müşahidə olunan sahə MIRI Deep Imaging Survey (MIDIS) adlandırılıb. Müşahidələr üçün orta infraqırmızı diapazon kamerası olan Mid-InfraRed Instrument (MIRI) və yaxın infraqırmızı diapazon kamerası olan NIRCam-dan əldə edilən məlumatlardan istifadə olunub. Ümumilikdə cihazlar bu məlumatları toplamaq üçün 100 saatdan çox işləyiblər. Bu məlumatlar astronomlara James Webb-in baxış sahəsinə düşən qalaktikaların milyardlarla il ərzində necə formalaşıb təkamül keçirdiklərini öyrənmək imkanı verir. Obyektivin yönəldiyi səmanın kiçik bir hissəsində teleskopun cihazları 2500-dən çox qalaktika qeydə alıb. Onların yüzlərlə, çox güman ki, toz buludları ilə örtülmüş kütləli sistemlər və ya kainatın erkən mərhələlərində formalaşmış yetkin ulduzlara sahib təkamül etmiş qalaktikalardır.
Teleskop kamerasının, hətta orta infraqırmızı diapazonda belə, yüksək dəqiqliyi sayəsində tədqiqatçılar bir çox qalaktikanın strukturunu müşahidə edə və onların əks etdirdikləri işığın paylanmasını araşdıra bilirlər. Bu isə onların təkamülünü daha dərindən anlamağa kömək edir. Təqdim olunan görüntüdə müxtəlif növ infraqırmızı şüalanmaya müxtəlif rənglər uyğunlaşdırılıb. Məsələn, narıncı və qırmızı rənglər orta infraqırmızı diapazondakı ən uzun dalğa boylarına uyğundur. Bu rənglərdə görünən qalaktikalar xüsusi özəlliklərəmalikdirlər - yüksək toz konsentrasiyası, aktiv ulduz yaranması və ya çoxlu infraqırmızı işıq saçan parlaq qalaktika nüvəsi. Yaşıl-ağımtıl görünən kiçik qalaktikalar isə xüsusilə uzaqda yerləşirlər.
technote.az
Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi