AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Microsoft gələn il Windows 11 SE-nin dəstəyini dayandıracaq

05.08.2025 / Maraqlı məlumatlar

Gələn il, təqdimatından 5 il sonra, Microsoft ucuz noutbuklar üçün nəzərdə tutulmuş və Google Chromebook sinifli kompüterlərlə rəqabət aparmaq məqsədi daşıyan Windows 11 SE əməliyyat sisteminin dəstəyini dayandıracaq. Windows 11 SE yalnız təhsil müəssisələri üçün nəzərdə tutulmuş kompüterlərdə təqdim olunurdu və məqsəd bu qurumların ChromeOS-i seçmələrinin qarşısını almaq idi. Microsoft-un texniki dəstək bölməsində yerləşdirilmiş elanda deyilir: “2026-cı ilin oktyabrında Windows 11 SE-nin dəstəyi dayandırılacaq, o cümlədən proqram təminatı yeniləmələri, texniki dəstək və təhlükəsizlik yeniləmələri də. Cihazınız işləməyə davam edəcək, lakin gələcəkdə dəstək və təhlükəsizliyin təmin olunması üçün Windows 11-in dəstəklənən başqa bir versiyasına keçməyinizi tövsiyə edirik”.
Windows 11 SE platforması artıq 25H2 yeniləməsini almayacaq, yəni dəstək müddəti başa çatana qədər bu əməliyyat sistemi 24H2 versiyasında işləməyə davam edəcək. Bu əməliyyat sistemi ilə işləyən noutbuklar Acer, ASUS, Dell, Dynabook, Fujitsu, HP, JK-IP, Lenovo və Positivo kimi istehsalçılar tərəfindən təqdim edilib. Hətta Microsoft özü də 2021-ci ildə 249$ qiymətinə satılmış SurfaceLaptop SE modelini satışa çıxarmışdı. Şirkət illərlə ChromeOS ilə rəqabət aparmağa çalışsa da, bu cəhdlər böyük uğur gətirmədi. Bu səylərdən biri Windows 10-un yalnız Microsoft Store-dan yüklənən tətbiqlərlə işləməsinə imkan verən S Mode rejimi idi. Lakin mağazadakı məhdud tətbiq çeşidi istifadəçiləri məyus etmişdi.
Bənzər yanaşma Windows 11 SE-də də tətbiq olunmuşdu: məktəblərə ənənəvi Win32 tətbiqləri əvəzinə veb-tətbiqlər (Progressive Web Apps - PWA) quraşdırmaları tövsiyə olunurdu. Lakin bəzi hallarda Win32 tətbiqləri tələb olunduğuna görə, sistem administratorları üçün istisnalar yaratmaq lazım gəlirdi və Microsoft bu sistemdə istifadə olunan proqram təminatına ciddi nəzarət edirdi. Microsoft-un Windows 11 SE layihəsini bağlamaq qərarından 1 il əvvəl Gartner analitikləri bildirmişdilər ki, ChromeOS ilə işləyən noutbukların bazar payı azalmaqdadır - bunun səbəbləri kimi kiçik istifadəçi bazası və zəif yığım keyfiyyəti göstərilirdi. 2022-ci ildən etibarən Chromebook tədarükü azalır və alıcılar yeni kompüter seçərkən getdikcə daha çox Windows 11 sistemli modellərə üstünlük verirlər, ChromeOS-ə keçid isə artıq əvvəlki qədər maraq doğurmur.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi