AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Otaq temperaturunda parçalanan yeni bioplastik hazırlanıb

06.08.2025 / Maraqlı məlumatlar

ABŞ-dan olan alimlər ənənəvi plastik qablaşdırmaya ekoloji alternativ ola biləcək yeni növ bioplastik hazırlayıblar. Onlar yarpaq quruluşundan ilhamlanaraq, mövcud bioplastik materialın iki qatı arasına sellüloza təbəqəsi yerləşdiriblər. Nəticədə həm möhkəm, həm də çoxfunksiyalı bir material əldə olunub. Bu material otaq temperaturunda parçalanır, möhkəmlik baxımından polietilen və polipropilenə uduzmur və ətraf mühit üçün təhlükəsizdir. Plastik qablaşdırma bazarının illik dövriyyəsi 23.5 milyard dollar təşkil edir. Bu sahədə əsasən polietilen və polipropilen - neftdən alınan və zərərli mikroplastiklərə parçalanan polimerlər - üstünlük təşkil edir. Problemin həlli üçün alimlər bioplastik - ənənəvi plastikə bioparçalanan alternativlər - hazırlayırlar. Lakin bioplastikin də məhdudiyyətləri var: bu materiallar neft əsaslı analoqlarla müqayisədə daha az möhkəmdir və parçalanmaq üçün yüksək temperaturlu kompostlaşdırma tələb edir.
Vaşinqton Universitetinin alimləri təbiətdən ilhamlanaraq bir həll yolu təklif ediblər. Plastikdən çox əvvəl insanlar qidaları yarpaqlara bükür, bu yarpaqlar isə sellüloza quruluşu sayəsində asanlıqla parçalanırdı. Tədqiqatçılar davamlı və ekoloji cəhətdən təhlükəsiz bioplastik yaratmaq üçün sellüloza nanoliflərindən istifadə etməyə qərar veriblər. Alimlər mərkəzi təbəqəsi sellülozadan ibarət olan və hər iki tərəfdən bioplastik qatlarla əhatələnmiş çoxqatlı material hazırlayıblar. Burada əsas rol sellüloza fibrillərinə - yarpaq quruluşunu təqlid edən mikroskopik liflərə məxsusdur. Bu konstruksiya materialın möhkəmliyini artırmağa və əksər bioplastik növlərinə xas olan məhdudiyyətləri aradan qaldırmağa imkan verib.
Tədqiqatçılar işlərində ən çox yayılmış iki növ bioplastikdən istifadə ediblər - nişastadan alınan polihidroksibutirat (PHB) və polilaktik turşusu (PLA). Bu materialları sellüloza nanoliflərilə birləşdirərək, onlar yeni bir bioplastik əldə ediblər və ona LEAFF (çoxqatlı ekoloji təkmilləşdirilmiş plyonka) adını veriblər. LEAFF otaq temperaturunda parçalanır və qablaşdırma üçün vacib xüsusiyyətlərə malikdir - havaya və nəmişliyə qarşı aşağı keçiricilik, eləcə də üzərinə çap edilə bilmə qabiliyyəti, bu da markalanmanı asanlaşdırır. Sellüloza strukturu bu materiala ənənəvi neft əsaslı plastiklərdən, polietilen və polipropilendən daha yüksək dartılma möhkəmliyi verir. Tədqiqatçılar bu texnologiyanın tezliklə tətbiq olunacağına ümid edirlər və hesab edirlər ki, bu, təkcə ekoloji zərərin azaldılmasına deyil, həm də yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.
technote.az
Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi