AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Google DeepMind-ın yeni süni intellekti açıq mənbəli proqram təminatında 20 təhlükəsizlik boşluğunu aşkar edə bilib

06.08.2025 / Maraqlı məlumatlar

Google-un süni intellekti ilk dəfə olaraq açıq mənbəli (Open Source) proqram təminatında 20 təhlükəsizlik boşluğunu müstəqil şəkildə aşkarlayıb. Səhvlər Big Sleep sistemi vasitəsilə FFmpeg multimedia kitabxanası və ImageMagick qrafik redaktoru kimi layihələrdə tapılıb. Bu barədə şirkətin təhlükəsizlik üzrə vitse-prezidenti Heather Adkins özünün X hesabındakı açıqlamasında məlumat verib. Big Sleep sistemi Google DeepMind ilə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış ProjectZero komandası tərəfindən birlikdə hazırlanıb. Google hazırda aşkar edilmiş boşluqların detalları barədə məlumat vermir, çünki onların aradan qaldırılması hələ başa çatmayıb.
Bununla belə, Big Sleep sisteminin uğurlu fəaliyyəti bir daha göstərir ki, süni intellekt alətləri artıq real nəticələr verməyə başlayırlar. Şirkətin nümayəndəsi Kimberly Samra-nın sözlərinə görə, hər bir boşluq insan müdaxiləsi olmadan, yalnız süni intellekt tərəfindən aşkarlanıb və təkrarlanıb. Lakin hesabat göndərilməzdən əvvəl bütün məlumatlar mütəxəssislər tərəfindən yoxlanılıb. Google-un mühəndislik üzrə vitse-prezidenti Royal Hansen bunu avtomatlaşdırılmış boşluq axtarışı sahəsində bir irəliləyiş adlandırıb. Bununla belə, Big Sleep bu sahədə yeganə alət deyil. Bazarda artıq RunSybil və XBOW kimi digər süni intellekt sistemləri də fəaliyyət göstərir.
Xüsusilə XBOW boşluqların axtarışı üzrə ixtisaslaşmış HackerOne platformasında yüksək mövqe tutur. RunSybil-in həmtəsisçisi və texniki direktoru Vlad Ionescu Big Sleep layihəsini ciddi və düşünülmüş adlandıraraq, onun arxasında təcrübəli mütəxəssislərin dayandığını vurğulayıb. Eyni zamanda o, artmaqda olan bir problemi qeyd edib: bəzi süni intellekt sistemləri real boşluqları təqlid edən saxta hesabatlar yaradır. Onun sözlərinə görə, proqramçılar getdikcə daha çox inandırıcı görünsə də, əslində heç bir real səhv əks etdirməyən hesabatlar alırlar. Ionescu bu halı Bug Bounty sahəsində - yəni aşkar edilmiş səhvlər üçün tərtibatçılara verilən mükafat proqramlarında - rəqəmsal “zibil” adlandırıb.
technote.az
Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi