AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Tədqiqat: Alimlər insan beynini təqlid edən mini orqanoid yetişdiriblər

08.08.2025 / Maraqlı məlumatlar

Johns Hopkins Universitetinin tədqiqatçıları insan beyninin erkən inkişafını təqlid edən və neyron siqnalları ötürə bilən ilk tam funksional “çox bölgəli beyin orqanoidi” (MRBO) hazırlayıblar.

Bu mini beyin modeli autizm, şizofreniya, Alseymer və digər nevroloji xəstəliklərin araşdırılmasında mühüm dönüş nöqtəsi ola bilər.

Tədqiqatın əsas müəllifi, Biotibbi Mühəndislik Departamentinin dosenti Enni Kathuria bildirib ki, bu yeni nəsil orqanoidlər yalnız bir beyin bölgəsini deyil, bir neçə bölgəni əhatə edir və bir-biri ilə əlaqə qura bilən toxumalardan ibarətdir. “Advanced Science” jurnalında dərc olunan araşdırmaya görə, bu orqanoidlər beynin müxtəlif hissələrindən sinir hüceyrələri və ilkin qan damarlarını birləşdirərək elektrik siqnalları yarada bilir. MRBO-lar insan beyninin 40 günlük embrion mərhələsindəki strukturuna oxşayır və onun neyron hüceyrələrinin təxminən 80 faizini ifadə edir. Həqiqi beyinlə müqayisədə bu mini modellər daha kiçikdir, lakin inkişaf proseslərini təqlid etmək üçün unikal imkanlar yaradır. Tədqiqatçılar erkən qan-beyin baryerinin formalaşmasını da müşahidə ediblər. Bu baryer beyinə daxil olan molekullara nəzarət edən hüceyrə təbəqəsidir və insan inkişafında mühüm rol oynayır. Alimlər bu texnologiya vasitəsilə beyin pozğunluqlarının necə yarandığını daha dəqiq müşahidə edə və fərdi müalicə üsullarını sınaqdan keçirə biləcəklərini bildirirlər. Hazırda nevroloji dərmanların təxminən 96 faizi klinik sınaqların erkən mərhələsində uğursuz olur. MRBO-ların istifadəsi dərmanların real insan beyni üzərində daha effektiv test edilməsinə imkan verə bilər. Kathuria qeyd edib ki, şizofreniya, autizm və Alseymer kimi xəstəliklər yalnız bir beyin sahəsini deyil, bütün beyinə təsir edir. Bu orqanoidlər inkişafın erkən mərhələlərində nəyin səhv getdiyini aşkarlamağa və yeni müalicə strategiyaları hazırlamağa kömək edə bilər.

azertag.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi