AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Meta-nın superintellekt laboratoriyası barəsində təfərrüatlar verilib

11.08.2025 / Maraqlı məlumatlar

Meta Platforms-un superintellekt və yeni Llama süni intellekt modelinin versiyasını hazırlayan, geniş şəkildə reklam olunan yeni bölməsinin artıq rəsmi adı var. Sözügedən komanda TBD Labs adını alıb, ilkin layihəyə və sürətlə böyüyən işçi siyahısına sahibdir, burada digər şirkətlərdən cəlb olunmuş əməkdaşlar da var. Daha əvvəl Meta, süni intellekt sahəsindəki fəaliyyətini Meta Superintelligence Labs (MSL) adlı bölmədə birləşdirmək niyyətini açıqlamışdı. Meta-nın rəhbəri Mark Zuckerberg-in sözlərinə görə, hər kəsə şəxsi superintellektə çıxış imkanı yaratmaq missiyasını daşıyan MSL bölməsi, əvvəllər Scale AI adlı süni intellekt startapına rəhbərlik etmiş və şirkətin bu startapdakı payının alınması müqabilində Meta-ya qoşulmuş Alexandr Wang-ın rəhbərliyi altındadır.
 Meta-nın yeni bölməsi hər bir insandan daha ağıllı olacaq superintellektin yaradılmasında ön sıralardadır. Bu məqsədə çatmaq üçün sosial şəbəkə nəhəngi rəqib şirkətlərdən istedadlı mühəndisləri özünə cəlb edib, bəzilərinə isə 10 milyonlarla, hətta 100 milyonlarla dollar ödəyib. TBD Labs həmçinin Llama süni intellekt modelinin ən yeni versiyasının hazırlanmasına da rəhbərlik edir. Məlumata görə, ötən həftə Wang tabeliyindəki əməkdaşlara məktub göndərərək bildirib ki, onların bölməsi şirkətin digər süni intellekt üzrə inkişaf komandaları ilə birlikdə müxtəlif layihələrin həyata keçirilməsi üzərində çalışacaq. Bu layihələrə əsas süni intellekt modellərinin buraxılışları, modelləşdirmə imkanlarının genişləndirilməsi və süni intellekt agentlərinin yaradılması daxildir.
“Son 1 ayda bu əməkdaşlıq istiqamətlərinin hər birində əhəmiyyətli irəliləyiş gördüm. Bu isə bizə texniki baxımdan daha iddialı olmağa, eyni vaxtda bir neçə ayrı layihə üzərində paralel işləməyə və nəticədə qabaqcıl nəticələrə daha sürətlə nail olmağa imkan verir” - deyə Wang-ın müraciətində deyilib. Yeni Llama versiyasının hazırlanmasına Google-dan TBD Labs-a gəlmiş Jack Ray rəhbərlik edir. Məlumatlı mənbələrin sözlərinə görə, Llama-nın hazırlanması Meta Llama və TBD Labs komandalarının birgə səyləri ilə aparılır. Yeni sni intellekt modelinin hələ rəsmi adı yoxdur, lakin tərtibatçılar onu Llama 4.5 və ya Llama 4.Xadlandırırlar. Qeyd edək ki, Meta superintellektin hazırlanmasına böyük investisiyalar qoymağa davam edir.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi