AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Türkiyədə yeni ali təhsil proqramlarının tətbiqinə başlanılır

12.08.2025 / Maraqlı məlumatlar

Türkiyənin Ali Təhsil Şurası (YÖK) tərəfindən yeni tədris ilindən məşğulluğu prioritetləşdirən və mövcud tendensiyalarla, ilk növbədə, informatika, süni intellekt, yaşıl iqtisadiyyat, səhiyyə və kənd təsərrüfatında rəqəmsal transformasiya ilə inteqrasiya edən 27 yeni proqramın tətbiqinə başlanılır. Bu proqramlardan üçü bakalavr, 24-ü isə magistr təhsil səviyyələrini əhatə edir və onlar Şura tərəfindən gənclərə təqdim olunan “2025 Ali Təhsil Seçim Bələdçisi”nə daxil edilib.

Yeni ixtisaslar Türkiyə ali təhsilinin bugünkü ehtiyaclarını və əmək bazarının gözləntilərini qarşılamaq üçün gənclərə gələcəyin peşələrinə hazırlaşmaq imkanı verir.

Bu il yeni açılan bakalavr proqramlarına kənd təsərrüfatında rəqəmsallaşma çərçivəsində “Dəqiq əkinçilik və kənd təsərrüfatı robotları” və “Kənd təsərrüfatı maşınları və texnologiyaları mühəndisliyi”, yaşıl transformasiya sahəsində isə “Təbiəti mühafizə və biomüxtəlifliyin idarə edilməsi” daxildir.

Kənd təsərrüfatı və səhiyyədə rəqəmsal transformasiya sürətlənir, yaşıl bacarıqlar ön plana çıxır

24 yeni magistr proqramı ilə Ali Təhsil Şurası kənd təsərrüfatı və səhiyyədə rəqəmsal transformasiyanı sürətləndirməyi, yaşıl bacarıqları vurğulamağı və əmək bazarının ehtiyac və tələblərini qarşılamağı hədəfləyir.

Kənd təsərrüfatı sahəsində dörd magistr proqramı – “Rəqəmsal kənd təsərrüfatı texnologiyaları”, “Ağıllı istixana texnologiyaları”, “Ağıllı kənd təsərrüfatı və qida idarəetməsi” və “Uzaqdan zondlama və coğrafi informasiya sistemləri” və səhiyyə sahəsində 3 magistr proqramı – “Rəqəmsal səhiyyə sistemləri mütəxəssisi”, “Tele-tibbi məlumatların emalı texniki" bu il ilk dəfə Ali Təhsil Şurasının ixtisas seçimi bələdçi sisteminə daxil edilib.

Təbiətin mühafizəsi və biomüxtəlifliyin idarə edilməsi bakalavr proqramına əlavə olaraq, gənclərə ilk dəfə olaraq “Ağıllı infrastrukturlar texniki”, “Ətraf mühitin sağlamlığı və ətraf mühit risklərinin idarə edilməsi üzrə texnik”, “Ətraf mühitin ölçmə və monitorinq sistemləri”, “Hidrogen və enerji saxlanması üzrə texnik”, “Karbon idarəetmə üzrə texnik”, “Su və tullantıların idarə edilməsi üzrə texnik”, “Bərpa olunan enerji üzrə texnik” və “Yaşıl və ekoloji tikinti üzrə texnik” kimi 8 yeni doktorantura proqramları təklif ediləcək.

Əmək bazarının tələbləri nəzərə alınıb

Sənaye və əmək bazarlarının tələb və gözləntilərini və mövcud tendensiyaları qarşılamaq üçün hazırlanmış digər 9 yeni magisr proqramları aşağıdakılardır: "Elektrik avadanlığının istismarı və təmiri, Fiber qayıq istehsalı və kompozit qəlib istehsalı texnologiyası, Aviasiya elektronikası texnologiyası, Hidravlika və pnevmatika üzrə texnik, Magistral yük vasitələrinin idarə edilməsi, Mexaniki emal üzrə texnik, Optoelektronika və elektro-optik texnologiya, Ofis texnologiyası və məlumatların idarə edilməsi, Binaların dizaynı üzrə texnik”.

E.Özvar: “Məşğulluq baxımından önə çıxan sahələrdə yeni proqramlar açdıq”.

YÖK sədri Erol Özvar 3 ildir ki, universitetlərdə tələbatın azaldığı proqramların kvotalarında düzəlişlər etdiklərini və proqramları məzunların gözləntilərini, tələblərini və karyera istiqamətlərini nəzərə alaraq qəbul etdiklərini bildirib.

E.Özvar son illərdə açdıqları yeni proqramlar üçün kvotaların 100%-ə çatdığını qeyd edib: "20-dən çox universitetdə 17 süni intellekt əsaslı proqram açdıq. Bu il bu proqramları 80-dən çox universitet üzrə genişləndiririk. Həmçinin bir çox yeni rəqəmsallaşma proqramının açılmasını prioritet hesab edirik. 100-ə yaxın universitetdə mövcud tendensiyalara uyğun olaraq, ölkəmizin ehtiyac duyduğu sahələr üzrə yüksəkixtisaslı kadrlar yetişdirməyi hədəfləyirik”.

“Abituriyentlər Türkiyənin inkişaf strategiyalarına uyğun gələn yeni bölmələri diqqətlə araşdırmalıdırlar”

Elm və texnologiyadakı dəyişikliklərin, süni intellektdəki potensial inqilabi transformasiyaların peşələrə əhəmiyyətli dəyişikliklər gətirdiyini qeyd edən E.Özvar əlavə edib ki, “Dünyada bir çox peşələr getdikcə yox olur. Yalnız fiziki gücə əsaslanan peşələr başqa peşə növləri ilə əvəz olunur”.
Abituriyentlərə yeni tədris proqramlarını diqqətlə araşdırmalarını tövsiyə edən E.Özvar qeyd edib ki, "Bu proqramlar Türkiyənin inkişaf strategiyaları ilə üst-üstə düşür”.

muallim.edu.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi