AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

13.08.2025 / Mühüm xəbərlər

Möhtərəm cənab Prezident!

Sizi Amerika Birləşmiş Ştatlarında ən yüksək səviyyədə Azərbaycanla Ermənistan arasında Sülh müqaviləsinin bağlanmasına dair mühüm sənədlərin imzalanmasına nail olmağınız münasibəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi adından ürəkdən təbrik edirik.

Azərbaycan Respublikasının Prezidenti və Müzəffər Ali Baş Komandan kimi Sizin liderliyinizlə Azərbaycan torpağı olan Qarabağın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə nail olmağınız Azərbaycan dövlətçiliyi və xalqımız qarşısında təkrarsız və misilsiz xidmətin parlaq ifadəsidir.

Amerika Birləşmiş Ştatlarında Azərbaycanla Ermənistan arasında Sülh müqaviləsinin paraflanmasına dair ən yüksək səviyyədə sənədlərin imzalanması isə Müzəffər Ali Baş Komandan kimi Dəmir Yumruğunuzla Qarabağda qazandığımız tarixi Zəfərin uğurla başa çatdırılması, əbədi sülhün əldə olunması baxımından müstəsna dərəcədə böyük əhəmiyyətə malik olan tarixi hadisədir.

Eyni zamanda, Avropa ilə Asiyanı birləşdirən ən əlverişli nəqliyyat marşrutu olacaq və ölkəmizin regionlarını əlaqələndirəcək Zəngəzur dəhlizinin açılmasına dair əldə etdiyiniz tarixi razılaşma da Sizin region dövlətlərinin hamısı üçün faydalı ola biləcək mühüm bir beynəlxalq layihənin həyata keçirilməsinə ən yüksək səviyyədə təminat əldə etməyinizin möhtəşəm yekunudur.

Möhtərəm cənab Prezident!

Böyük diplomatik məharətinizlə və möhkəm siyasi iradənizlə baş verən bu mühüm tarixi hadisələr müstəqil Azərbaycan dövlətinin dünyadakı yüksək nüfuzunun daha bir sübutudur. Dünyada və regionda sülhə, inkişafa, əməkdaşlığa nail olmaq yollarında atdığınız qətiyyətli və düşünülmüş addımlar Sizin böyük beynəlxalq nüfuza malik qüdrətli liderliyinizin real təntənəsidir.

Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi, Azərbaycan alimləri möhkəm surətdə inanırlar ki, Siz bundan sonra da müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilərək möhkəmləndirilməsi, dünyada və regionda ədalətin, daimi sülhün və əməkdaşlığın bərqərar olması yollarında dönmədən mübarizə aparacaq, ölkəmizi ən yüksək inkişaf etmiş dövlətlərin sıralarına çatdıracaqsınız.

Siz müasir dünyaya ilk növbədə doğma xalqı və müstəqil dövləti üçün, eyni zamanda həm də bəşəriyyət üçün zəruri və əhəmiyyətli bir lider olmağın nümunəsini göstərirsiniz.

Möhtərəm cənab Prezident!

Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi böyük uğurla apardığınız məqsədyönlü və qətiyyətli daxili və xarici siyasəti ürəkdən dəstəkləyir. Sizin Azərbaycanın müasir inkişafını tarixi Zəfərlər dastanına çevirməyiniz xalqımız, xüsusən yeni nəsillər üçün çox mühüm dövlətçilik və vətənpərvərlik nümunəsidir. Okeanın o tayında qazandığınız böyük siyasi və diplomatik qələbə bütün dünyada ardıcıl və ədalətli siyasətin uğurla başa çata biləcəyinə dərin inam yaratmışdır. Azərbaycan xalqının bütün təbəqələri kimi, Azərbaycan alimləri də Sizin simanızda özünün qüdrətli lideri ilə fəxr edirlər.

Sizə – möhtəşəm Azərbaycanın liderinə möhkəm cansağlığı, ölkəmizin daha da inkişaf etdirilməsi və dünyada ədalətin qələbəsi yollarında apardığınız qətiyyətli mübarizədə daha böyük uğurlar arzulayırıq.

Dərin hörmətlə, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti

science.gov.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi