AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Süni intellekt tibbi görüntü analizində inqilab edir

12.08.2025 / Maraqlı məlumatlar

Avstraliyada süni intellekt texnologiyaları tibbi görüntü analizində yeni mərhələyə qədəm qoyur. Avstraliya Elektron Sağlamlıq Tədqiqat Mərkəzinin (AEHRC) alimləri vizual dil modellərindən (VLM) istifadə edərək rentgen görüntülərinin şərhində inqilabi dəyişikliklər üzərində çalışırlar.

Layihənin rəhbərlərindən biri, tədqiqatçı Aaron Nikolson komandasının, xüsusilə döş qəfəsi rentgenoqrafiyası üzərində fokuslandığını bildirib. Bu müayinə ürək və tənəffüs xəstəliklərinin diaqnozunda, ağciyər xərçəngi skrininqində, həmçinin tibbi cihazların yerləşdirilməsinin yoxlanmasında geniş istifadə olunur. Lakin Avstraliyada radioloq çatışmazlığı səbəbindən bu sahədə iş yükü getdikcə artır. Yeni hazırlanan VLM modeli rentgen şəkilləri və xəstə haqqında tibbi məlumatlar əsasında avtomatik radioloji hesabatlar tərtib edir. Modellərin təlim prosesi yüzlərlə və minlərlə nümunə üzərində aparılır və əlavə olaraq təcili yardım şöbəsindən xəstənin klinik qeydlərinin verilməsi hesabatların dəqiqliyini artırıb. Tədqiqatçılar texnologiyanın kliniki sınaqlar üçün yetərli səviyyəyə çatdırılmasını hədəfləyirlər. Hazırda Brisben şəhərindəki Princess Alexandra Xəstəxanasında pilot sınaqlar aparılır və süni intellekt tərəfindən yaradılmış hesabatlar insan radioloqlarının işləri ilə müqayisə olunur. AEHRC, eyni zamanda, tibbi sənədlərin görüntü formatında emalını araşdırır. Bunun məlumat çıxarılmasında daha səmərəli nəticə verdiyi qeyd olunur. Tədqiqatçılar etik məsələlərə xüsusi diqqət yetirərək texnologiyanın bütün demoqrafik qruplar üçün effektiv olmasını təmin etməyə çalışırlar.

Mütəxəssislər vurğulayırlar ki, bu texnologiya həkimləri əvəz etmək məqsədi daşımır və klinik qərarlarda son söz həmişə insan radioloqa məxsus olacaq.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi