AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Erkən diaqnoz və müalicə üsullarındakı irəliləyişlər xərçəngdən sağqalma göstəricilərini yüksəldib

13.08.2025 / Maraqlı məlumatlar

Böyük Britaniyanın London şəhərindəki Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları xəbərdarlıq ediblər ki, son 50 ildə xərçəngdən sağqalma göstəriciləri ümumilikdə xeyli yaxşılaşsa da, ən ölümcül növlərdə irəliləyiş zəifdir və bəzilərində fərq daha da artıb.

BBC xəbər verir ki, İngiltərə və Uelsdə melanoma dəri xərçəngi üçün 10 illik sağqalma nisbəti artıq 90 faizdən yuxarıdır. Ümumilikdə isə bütün xərçəng növləri üzrə xəstələrin yarısı 10 il yaşaya bilir. Bu, 1970-ci illərin əvvəlindəki göstəricinin ikiqatıdır. Lakin tədqiqatda qeyd olunur ki, qida borusu, mədə və ağciyər xərçəngi kimi növlərdə ciddi irəliləyiş yoxdur, mədəaltı vəzi (pankreas) xərçəngində isə 10 illik sağqalma nisbəti 5 faizdən azdır.

Mütəxəssislər bildirirlər ki, bir çox xərçəng növlərində sağqalma göstəricilərinin yaxşılaşmasına əsas səbəb erkən diaqnoz və müalicə üsullarındakı irəliləyişlərdir. Məsələn, döş xərçəngində 1971-ci ildə 42 faiz olan 10 illik sağqalma göstəricisi 2018-ci ildə 76 faizdən yuxarı qalxıb. Əksinə, ən aşağı sağqalma göstəricilərinə malik xərçəng növləri, adətən, çətin aşkar olunur və məhdud müalicə imkanlarına sahibdir. Pankreasla yanaşı, qida borusu, mədə və ağciyər xərçəngi də bu kateqoriyaya daxildir və bu növlərdə 10 illik sağqalma nisbəti hələ də 20 faizdən aşağıdır. 1970-ci illərdən indiyədək azacıq irəliləyiş olsa da, ən yaxşı və ən zəif nəticələr göstərən xərçəng növləri arasındakı fərq demək olar ki, iki dəfə artıb.

Böyük Britaniya hökuməti isə yeni strategiya ilə bu sahədə daha çox irəliləyiş əldə etməyə sadiq olduğunu bildirib.

azertag.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi