AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İSİ-nin əməkdaşları XXV Beynəlxalq “Bakutel 2019” Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirak ediblər

03.12.2019 / Xəbərlər

3 dekabr 2019-cu il tarixində Bakı Ekspo Mərkəzində XXV Beynəlxalq “Bakutel 2019” Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi keçirildi.
Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ITU - Beynəlxalq Telekommunikasiya İttifaqı, Regional Rabitə Birliyi (RRB), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir.

Yubiley sərgisi dünyanın 23 ölkəsini təmsil edən 235 şirkəti bir araya gətirir. Ölkələrinin ticarət palataları və səfirliklərinin dəstəyi ilə ABŞ, Belarus, Fransa, İran, İsrail, İtaliya, Rusiya, Sloveniya, Türkiyə, Xorvatiya və digər ölkələrin aparıcı İT şirkətlərindən ibarət olan milli qruplar sərgidə iştirak edirlər. Sərgidə “Ericsson”, “Elcore”, “Nokia”, “CISCO”, “Huawei”, “Microsoft” kimi nəhəng xarici şirkətlərlə yanaşı, eləcə də sərginin baş sponsoru “Azercell”, eləcə də “Bestcomp Group”, “Idrak Technology Transfer”, “Smart Systems Technology” kimi yerli şirkətlər iştirak edir.  Yüksək keyfiyyətli telekommunikasiya xidmətlərinin geniş çeşidini “Azərkosmos” və “Rusiya Peyk Rabitəsi” kimi aparıcı peyk operatorları təqdim edir. Sərgi biznes həlləri, kiber təhlükəsizlik texnologiyaları, nanotexnologiyalar, “bulud” texnologiyaları, IoT, peyk texnologiyaları, proqram təminatı, mobil və peyk rabitəsi və digər xidmətləri təqdim edir.

Sərgi Xəzər bölgəsindəki ən böyük İT sərgisi olmaqla yanaşı, həmçinin netvorkinq və işgüzar kontaktların qurulması üçün unikal məkandır.
“Bakutel” sərgisinin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv idarəetmə üzrə həll variantlarının axtarışı üçün müasir platformalar: “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” daxildir. Burada yerli və xarici iştirakçılar əyləncə, ağıllı texnologiyalar, rəqəmsal texnologiyalar, məlumatların monitorinqi və təhlili, habelə dövlət sektorundakı rəqəmsal həllər sahəsində ən son nailiyyətləri nümayiş etdirirlər.

Sərgidə İSİ-nin bir qrup əməkdaşı: “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin  müdiri, Avropa İttifaqının Horizon 2020 Proqramının Qanunvericilik və Maliyyə istiqaməti üzrə Milli təmsilçisi, EU4Digital layihəsində elektron ticarət məsələləri üzrə ekspert Tofiq Babayev, həmçinn Sevinc Babayeva, Valeriya Puşnova , Səyyarə Hitayatzadə,  Firəngiz İmanova,  Aytac Mustafazadə, Pinar Quliyeva, Gülşad Əliyeva  da  iştirak ediblər.

XƏİŞ-in müdiri T.Babayev Rusiya Federasiyasının Sankt-Peterburq Şimal-Qərb Dövlət İ.İ. Meçnikov adına Tibb Universitetinin “Funksional Diaqnostikanın İnnovativ Metodları” laboratoriyasının müdiri Serqey Yermolovla görüşmüş və HORIZON 2020-də İSİ ilə birgə layihələrdə iştirak etmək imkanları  barədə fikir mübadiləsi aparmışdır.

Mənbə: bakutel.az/az-opennews/8163.41.html

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi