AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Azərbaycan Milli Elmlər Akademiyası: biblioqrafiyaların biblioqrafiyası” adlı nəşr işıq üzü görüb

13.08.2025 / Mühüm xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik, “Elm” nəşriyyatının isə 100 illik yubileylərinə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyası: biblioqrafiyaların biblioqrafiyası” adlı nəşr çapdan çıxıb.

“Elm” nəşriyyatı tərəfindən çap edilən bu kitab Azərbaycanda biblioqrafiyalaşdırma praktikasında sahəvi biblioqrafik vəsaitlərin biblioqrafik göstəricisinin hazırlanması istiqamətində ilk təşəbbüsdür. Biblioqrafiyanın elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, tərtibçisi “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənlidir.

Nəşr AMEA Rəyasət Heyətinin müvafiq Qərarı ilə təsdiq olunmuş “Elm” nəşriyyatının 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planı çərçivəsində hazırlanıb. Kitabda ötən əsrin ortalarından hazıradək işıq üzü görmüş AMEA-nın həqiqi və müxbir üzvlərinə həsr olunmuş biblioqrafik vəsaitlər barədə məlumatlar sistemli şəkildə toplanıb. Göstəricidə materiallar xronoloji ardıcıllıqla, onun daxilində isə şəxsi göstəricilərin adları əlifba sırası ilə təqdim edilib, istifadəni asanlaşdırmaq üçün soraq axtarış aparatı tərtib olunub. Nəşrin əsas məqsədi elmi biblioqrafiyadan səmərəli istifadəyə şərait yaratmaq, ölkədə biblioqrafik repertuarın formalaşmasına töhfə verməkdir.

Kitab elmi tədqiqatçılar, kitabxanaçılar, biblioqraflar, eləcə də elm tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi