AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Poladdan daha möhkəm yeni polimer hazırlanıb

14.08.2025 / Maraqlı məlumatlar

Amerikalı alimlər karbon lifindən hazırlanmış elə bir material yaradıblar ki, o, yalnız zədələnmələri dəri kimi bərpa etmir, həm də istiliyin təsiri ilə ilkin formasına qayıda bilir. Üstəlik, bu material möhkəmlik baxımından poladdan üstündür. Yeni təkrar emal oluna bilən material - karbon lifi əsaslı təkmilləşdirilmiş kompozit “aromatik termosərtləşənsopoliester” (ATSP) adlanır və müdafiə sənayesi, aerokosmik və avtomobil sənayelərində tətbiq oluna bilər. “Əslində maraqlı olan odur ki, bu material təkcə çox möhkəm deyil, həm də adaptivdir” - deyə kompozitin yaradıldığı laboratoriyanın rəhbəri Mohammad Naraghi bildirib. “Zədələnmiş təyyarələrin bərpasından tutmuş nəqliyyat vasitələrində sərnişin təhlükəsizliyinin artırılmasına qədər bu xüsusiyyətlər onu materialşünaslıq və dizayn sahəsində gələcək inkişaflar üçün son dərəcə dəyərli edir”.
ATSP polimeri - ənənəvi plastiklərin ən yaxşı xüsusiyyətlərini birləşdirən yeni material sinfinə aiddir: termoplastların elastikliyi və termosərt materialların sabitliyi. Bu xüsusiyyətlərin möhkəm karbon lifləri ilə birləşməsi nəticəsində poladdan bir neçə dəfə möhkəm, lakin alüminiumdan daha yüngül bir material əldə olunur. Molekulyar dəyişmə əlaqələri sayəsində bu material sadəcə qızdırılmaqla çatları və deformasiyaları aradan qaldıra bilir və ilkin möhkəmliyinə yaxın, hətta ondan daha yüksək səviyyədə bərpa olunur. Texas Universiteti və TalsaUniversitetinin mütəxəssisləri tərəfindən hazırlanmış bu material həm də təkrar emala yararlıdır və ənənəvi plastiklərlə müqayisədə ətraf mühit üçün daha az zərərlidir.
Onun kimyəvi tərkibi dəfələrlə formalaşdırma dövründən sonra belə sabit qalır, bu da tullantıların azalacağı deməkdir. Sınaqlar zamanı tədqiqatçılar formanın bərpası prosesini başlatmaq üçün kompoziti 160 dərəcə Selsi temperaturuna qədər qızdırıblar. Nəticələr göstərib ki, ATSP nümunələri dağılmadan yüzlərlə yük və istilik dövrünə dözə bilir və bərpa prosesi zamanı daha da möhkəmlənir. Başqa bir təcrübədə isə zədələnmiş nümunələr stress-testdən sonra 280 dərəcə temperatur təsirinə məruz qoyulub. İki tam bərpa dövründən sonra material əvvəlki möhkəmliyini demək olar ki, tam şəkildə bərpa edib. Beşinci dövrə gəldikdə isə, istehsal qüsurlarının yaratdığı mexaniki yorğunluq səbəbindən bərpa effektivliyi təxminən 80%-ə düşüb. Lakin kimyəvi sabitlik dəyişməz qalıb. Bu material avtomobil və təyyarə istehsalında, həmçinin müdafiə sənayesində tətbiq oluna bilər.
technote.az
Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi