AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

YouTube istifadəçilərin yaşını süni intellekt vasitəsilə təyin etməyə başlayıb

14.08.2025 / Maraqlı məlumatlar

YouTube-da süni intellektdən istifadə edən bir sistem istifadəyə verilib. Bu sistem istifadəçinin yaşını qiymətləndirir və onun yetkin olub-olmadığını müəyyən etməyə çalışır. Bunun üçün platforma istifadəçi hesabındakı video izləmə tarixini və hesabın mövcud olma müddətini araşdırır. Əgər sistem istifadəçinin 18 yaşdan kiçik olduğu qənaətinə gələrsə, hesab yeniyetmə rejiminə keçiriləcək. Artıq YouTube qeydiyyat zamanı istifadəçilərin göstərdikləri doğum tarixinə etibar etmir - onun əvəzinə yaş qiymətləndirməsini süni intellekt alqoritmi həyata keçirir. Yeni sistem hələ iyul ayında elan edilmişdi, ABŞ-da isə bu gündən etibarən işə başlayıb. Sistem istifadəçinin axtarış tarixini, video izləmə tarixini və hesabın aktivlik müddətini nəzərə alaraq onun yaşını təyin edir.
Əgər süni intellekt müəyyən etsə ki, istifadəçi 18 yaşdan kiçikdir, hesab yeniyetmə rejiminə keçirilir. Bu isə yaş məhdudiyyətli videolara girişin məhdudlaşdırılması və, məsələn, yatmaq vaxtını xatırlatma kimi funksiyaların avtomatik aktivləşdirilməsi deməkdir. “Bu iş YouTube-un istifadəçilərini necə qoruması baxımından fundamental əhəmiyyət daşıyır və biz onlara internetdən təhlükəsiz istifadə imkanını təmin etməyə davam edəcəyik” - deyə platforma administrasiyası bildirib. Funksiya ABŞ-da debüt etsə də, bundan əvvəl YouTube onu digər ölkələrdə sınaqdan keçirib və işlək olduğunu sübut edib. Bəzi ABŞ istifadəçiləri narahatlıqlarını ifadə ediblər ki, platforma onların hesablarını səhvən yetkinlik yaşına çatmayanlar rejiminə keçirə bilər - məsələn, uşaq cizgi filmlərinə baxmağı sevənləri.

Bu halda YouTube administrasiyası apellyasiya mexanizmini nəzərdə tutub: hesab yeni rejimə keçirildikdə istifadəçiyə müvafiq bildiriş göndəriləcək və o, qərarı kredit kartı, dövlət tərəfindən verilmiş sənəd və ya selfi vasitəsilə ləğv edə biləcək. Qeyd olunub ki, şirkət təqdim edilən təsdiqləmə məlumatlarını necə istifadə edəcəyini dəqiqləşdirməyib. YouTube nümayəndəsi yalnız bunun “reklam məqsədləri üçün istifadə olunmayacağına” söz verib - yəni, mümkündür ki, başqa məqsədlər üçün istifadə edilsin. Bəzi istifadəçilər isə o qədər narazı qalıblar ki, Change.orgplatformasında petisiya yaradıblar və bu, artıq 70 000-dən çox imza toplayıb.
technote.az
Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi