
“Elsevier” şirkəti ilə elmmetrik həllər üzrə görüş keçirilib
18.08.2025 / Mühüm xəbərlər
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova universitetlərimizin qlobal reytinq göstəricilərindəki yüksəlişində bu tip təşəbbüslərin mühüm rol oynayacağını vurğulayıb. Şirkətin region üzrə meneceri Yasemin Solay isə “Elsevier”in elmmetrik və analitik həlləri barədə ətraflı təqdimatla çıxış edib.
Görüş zamanı Azərbaycanın ali təhsil müəssisələrinin mövcud akademik vəziyyəti, inkişaf potensialı, eləcə də qısa və uzunmüddətli akademik hədəfləri müzakirə olunub.


