AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AzMİU-da HORİZON 2020 Proqramı üzrə məlumat günü keçirilib

10.12.2019 / Xəbərlər

10 dekabr 2019-cu il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Xarici əlaqələr şöbəsinin təşəbbüsü ilə Avropa Komissiyasının Tədqiqat və İnnovasiya HORİZON 2020 Proqramı üzrə məlumat günü keçirilib. Məlumat gününün keçirilməsinin əsas məqsədi universitetin alimlərini, gənc tədqiqatçı və doktorantlarını HORİZON 2020 Proqramı barədə məlumatlandırmaq və onları proqramda iştiraka təşviq etməkdir.

Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva qonaqları və tədbir iştirakçılarını salamlayıb, tədbirin mahiyyəti barədə qısa məlumat verib.

Tədbirdə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin müdiri, Avropa İttifaqının Horizon 2020 Proqramının Hüquq və Maliyyə Aspektləri üzrə Milli Əlaqələndirici şəxsi, EU4Digital layihəsində elektron ticarət məsələləri üzrə ekspert Tofiq Babayev layihə barədə geniş məlumat verib. AMEA-nın Beynəlxalq əlaqələr idarəsinin rəhbəri Esmira Əlirzayeva çıxış edərək gənc tədqiqatçıları proqramdan yararlanmağa səsləyib. Digər milli əlaqələndirici şəxslərdən Zaur Həsənov Mari Skladovskaya Küri təqaüd proqramı, Fərhad Yusifov informasiya və kommunikasiya proqramları sahəsindəki imkanlar, İlham Hümbətov Cost action və ERC proqramları, Rüfət Əfəndiyev isə layihələrin hazırlanması, onlara qoyulan tələblər və qiymətləndirmə kateqoriyaları barədə tədbirin iştirakçılarını məlumatlandırıb.  

Sonda qonaqlar tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb, fikir mübadiləsi aparılıb.

Məlumat üçün qeyd edək ki, Horizon 2020 Avropa İttifaqının Tədqiqat və İnnovasiyanı maliyyələşdirən ən böyük proqramıdır. Proqramın büdcəsi 7 il müddətinə (2014-2020) 80 milyard avro dəyərindədir. Proqram Avropanın dünyadakı rəqabət qabiliyyətini təmin edən maliyyə vasitəsi olmaq məqsədi daşıyır. Tədqiqatı və innovasiyaları dəstəkləyən Horizon 2020 proqramı 3 istiqamətdə qruplaşdırılıb: qabaqcıl elm, sənaye liderliyi, sosial çağırışlar və bütün elm istiqamətlərini əhatə edir.

https://www.azmiu.edu.az/news/1553

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi