
NASA qlobal istiləşmə ilə bağlı araşdırmalarını dayandırır
20.08.2025 / Maraqlı məlumatlar
NASA rəsmi olaraq qlobal istiləşmə ilə bağlı araşdırmaları dayandırır və fəaliyyətini yalnız kosmik tədqiqatlara yönəldir. Bu barədə bəyanatı NASA-nın inzibati işlər üzrə icraçı direktoru və eyni zamanda ABŞ-ın nəqliyyat naziri vəzifəsini icra edən SeanDuffy, Fox Business telekanalına verdiyi müsahibə zamanı səsləndirib. Duffy bildirib: “NASA-nın əvvəlki administrasiyası tərəfindən müəyyənləşdirilmiş bütün iqlim elmi və digər prioritetlər təxirə salınacaq. Bütün elmi fəaliyyətimiz kosmosun öyrənilməsinə yönəldiləcək - bu bizim əsas missiyamızdır. NASA-nın mövcudluq məqsədi kosmosu araşdırmaqdır, Yer kürəsini yox”.
Kosmik agentlik 1960-cı illərdən bəri Yer kürəsi və onun təbii sistemləri ilə bağlı genişmiqyaslı tədqiqatlar aparır. Bu çoxillik araşdırmalar sayəsində alimlər gələcək dəyişiklikləri proqnozlaşdıra və modelləşdirə, həmçinin iqlim məlumatlarından ekzoplanetlərin potensial yaşayış mühitinə sahib olub-olmadıqlarını qiymətləndirmək üçün istifadə edə bilirlər.


