AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

NASA Uran planetinin yeni təbii peykini aşkarlayıb

21.08.2025 / Maraqlı məlumatlar

NASA-nın “James Webb” kosmik teleskopundan istifadə edən agentliyin Cənub-Qərb Tədqiqat İnstitutunun (SwRI) rəhbərlik etdiyi qrup Uranın orbitində əvvəllər naməlum olan təbii peyk müəyyən edib və planetin məlum peyk ailəsini 29-a çatdırıb. Bu kəşf kosmik teleskopun fevralın 2-də apardığı müşahidələrin təhlili zamanı edilib.

NASA-nın xəbər verir ki, SwRI-nin Kolorado ştatının Boulder şəhərində yerləşən Günəş Sistemi Elm və Kəşfiyyat Bölməsinin aparıcı alimi Maryam El Mutamid deyib: “Bu obyekt Yaxın İnfraqırmızı Kamera (NIRCam) tərəfindən çəkilmiş 40 dəqiqəlik uzun ekspozisiyalı şəkillər seriyasında aşkar edilib”. Onun sözlərinə görə, həmin göy cismi kiçik bir Aydır, hətta NASA-nın “Voyager 2” kosmik gəmisinin təxminən 40 il əvvəl uçuşu zamanı da nəzərə çarpmayıb.

Yeni kəşf edilən təbii peykin Uranın digər kiçik peykləri ilə oxşar əksetmə qabiliyyətinə (albedo) malik olduğu fərz edilərsə, diametrinin cəmi altı mil (10 kilometr) olduğu təxmin edilir. Bu kiçik ölçü onu “Voyager 2” və digər teleskoplar üçün görünməz edib.

Astronomlar bildirirlər ki, heç bir başqa planetdə Uran qədər kiçik daxili peyklər yoxdur və onların halqalarla mürəkkəb qarşılıqlı əlaqələri təbii peyklərə münasibətdə xaotik tarixə işarə edir. Üstəlik, yeni Ay əvvəllər məlum olan daxili təbii peyklərin ən kiçiyindən daha balaca və çox solğundur.

Yeni təbii peyk “Miranda”, “Ariel”, “Umbriel”, “Titaniya” və “Oberon” kimi ən böyük peyklərin içərisinə doğru dövr edən kiçik peyklərin mürəkkəb sisteminin 14-cü üzvüdür. O, planetin mərkəzindən təxminən 56 min kilometr məsafədə yerləşir və Ofeliya (Uranın əsas halqa sistemindən bir qədər kənardadır) və Bianka orbitləri arasında planetin ekvator müstəvisi ətrafında fırlanır. Peykin demək olar ki, dairəvi orbiti onun hazırda olduğu yerin yaxınlığında formalaşmış ola biləcəyini göstərir.

Tapılan təbii peykin adı astronomik obyektlərə rəsmi adlar və təyinatların verilməsində aparıcı orqan olan Beynəlxalq Astronomiya İttifaqı (IAU) tərəfindən təsdiqlənməlidir.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi