
İlk altı ayda 51 nəfərə elmlər doktoru dərəcəsi verilib
21.08.2025 / Maraqlı məlumatlar
2025-ci ilin ilk yarısında 13 nəfərə elmlər doktoru elmi dərəcəsinin, 18 nəfərə isə dosent elmi adının verilməsinə imtina edilib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası açıqlama yayıb.
Hesabat dövründə ümumilikdə 51 nəfərə elmlər doktoru elmi dərəcəsi təqdim olunub. Dosent elmi adına gəldikdə isə, ilin ilk altı ayı ərzində 285 nəfər bu ada layiq görülüb.
muallim.edu.az


