AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA-nın 80 illiyinə hazırlıq məsələləri müzakirə olunub

21.08.2025 / Mühüm xəbərlər

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Rəyasət Heyətinin binasında Meridian-mitinq iclas zalında Akademiyanın 80 illiyinə hazırlıq məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının icrası ilə bağlı ətraflı məlumat verən akademik İsa Həbibbəyli qarşıda duran digər məsələlər barədə danışıb.

İndiyədək ölkə daxilində Qarabağ Universitetində, Akademiyanın Naxçıvan Bölməsində, eləcə də ölkədən xaricdə Türkiyənin Ankara və İstanbul şəhərlərində ilk dəfə olaraq Akademiyanın 80 illiyi ilə bağlı tədbirlərin keçirildiyini və bu toplantıların tarixi əhəmiyyətini qeyd edən akademik İsa Həbibbəyli yekun tədbirə hazırlığın təşkili barədə vacib məsələləri diqqətə çatdırıb. AMEA-nın 80 illiyi ilə əlaqədar indiyədək 52 adda monoqrafiya, biblioqrafiya və tanıtım kitablarının çap edilməsinin nəzərdə tutulduğunu, onlardan 11-nin artıq nəşr edildiyini, bir neçəsinin isə son redaktə ərəfəsində olduğunu bildirən AMEA rəhbəri nəşr işlərinin yüksək səviyyədə başa çatdırılması üçün aidiyyəti şəxslərə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Akademik İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyinin ilk dəfə olaraq beynəlxalq elmi təşkilatların rəhbərlərinə, dünyanın müxtəlif qitələrindən olan tərəfdaş Akademiyalarının, o cümlədən türk dünyası akademiyalarının prezidentlərinə dəvət məktublarının göndərildiyini bildirib, artıq onların əksəriyyətinin dəvəti qəbul etdiklərini nəzərə çatdırıb.

Yubiley münasibətilə AMEA-nın 80 illik yubiley döş nişanının hazırlandığı və ilk dəfə olaraq Əziz Səncər, Yusif Məmmədəliyev, Üzeyir Hacıbəyli, Lev Landau döş nişanlarının təsis ediləcəyini də bildirib.

Akademiyanın 80 illik yubileyi çərçivəsində türk dünyası Akademiyaları ilə əməkdaşlığın inkişaf etdirilməsinə dair ayrıca bir iclasın keçirilməsi də nəzərdə tutulub.

İclasda, həmçinin AMEA Gənc Alim və Mütəxəssislər Şurasının bazasında Akademiyanın tərkibində Gənc Akademiyanın da təsis edilməsi və yubiley tədbirində elan olunmasına dair tapşırıqlar verilib.

Bundan başqa, süni intellektdən istifadə ilə Akademiyanın 80 illik inkişaf yoluna həsr edilmiş robotların iştirakı ilə təqdimatın hazırlanması da nəzərdə tutulur.

AMEA-nın akademik-katibi akademik Arif Həşimov, Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri dosent Esmira Əlirzayeva, AMEA Azad Həmkarlar İttifaqının sədri dosent Sənan Həsənov və başqaları çıxış edərək ayrı-ayrı sahələr üzrə müvafiq tapşırıqların icrası ilə bağlı indiyədək görülən işlər barədə ətraflı məlumat veriblər.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirlərin yüksək səviyyədə keçirilməsinin təmin edilməsi məqsədilə təşkilati işlər, plenar və bölmə iclaslarının keçirilməsi, elmi nailiyyətlər və kitab sərgilərinin təşkili, Akademiya strukturlarında müəyyən tərtibat işlərinin təşkili barədə tapşırıqlarını diqqətə çatdırıb.
science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi