AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Google Photos şəkilləri səsli və mətnli əmrlər vasitəsilə redaktə etməyi öyrənib

22.08.2025 / Maraqlı məlumatlar

Google şirkəti Made by Google tədbirində GooglePhotos üçün yeni “Edit by asking” funksiyasını təqdim edib. Bu funksiya istifadəçilərə fotolarda dəyişiklikləri səsli sorğu və ya mətn təsviri vasitəsilə etmək imkanı verəcək. Səs və ya mətnlə foto redaktə funksiyası ilk olaraq ABŞ-da Pixel 10 cihazlarında istifadəyə veriləcək. Google həmçinin Google Photos-a C2PA Content Credentials dəstəyini əlavə edib. Pixel 10 smartfonları C2PA standartını dəstəkləyən ilk Google cihazları olacaq. Bu standart fotoya dair məlumatları, o cümlədən onun yaradılması və ya redaktəsi zamanı süni intellekt istifadəsini göstərmək üçün nəzərdə tutulub.
Pixel cihazlarında C2PA seçimi həm Camera tətbiqi tərəfindən, həm də bu cihazlarla çəkilmiş bütün fotolarda dəstəklənəcək - hətta süni intellekt istifadə olunmasa belə. Google Photos-dakı yeni Edit by asking funksiyası Gemini neyron şəbəkəsindən istifadə edir, buna görə də istifadəçi fotoda dəyişiklik etmək üçün təbii dildən istifadə edərək əmr verə biləcək. Məsələn, “Arxa plandakı maşınları sil” və ya daha qeyri-müəyyən şəkildə “Bu köhnə fotonu bərpa et” demək olar. Yeni funksiya redaktə alətlərindən yaxşı başı çıxmayanlara fotoları yaxşılaşdırmaq üçün düzəlişlər etməyə kömək edəcək. Onun vasitəsilə işıqlandırmanı tənzimləmək, diqqət yayındıran elementləri silmək, həmçinin daha kreativ redaktələr etmək mümkündür - məsələn, fonu dəyişmək və ya fotoya əşyalar əlavə etmək.
Misal üçün, bu funksiya ilə fotodakı şəxsə gün eynəyi və ya bayram papağı əlavə etmək olar. Əgər istifadəçi hansı dəyişiklikləri istədiyini necə ifadə edəcəyini bilmirsə, sadəcə “Make it better” deyə bilər və Google Photos şəkilə avtomatik dəyişikliklər edəcək. Tətbiq həmçinin fotonun yaxşılaşdırılması üçün tövsiyələr verə bilər və düzəlişlər aparıldıqca sonrakı sorğuları da dəstəkləyir. Google bildirib ki, C2PA dəstəyi əvvəlcə Pixel 10 cihazlarında istifadəyə veriləcək, daha sonra isə yaxın həftələrdə tədricən iOS və Android-də Google Photos-da da görünəcək. Edit by asking funksiyası isə sabahdan etibarən əlçatan olacaq.
technote.az
Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi