
İlk altı ayda 28 nəfərə professor elmi adı verilib
22.08.2025 / Maraqlı məlumatlar
2025-ci ilin I yarısında professor elmi adının verilməsi və verilməsindən imtina edilməsi ilə bağlı statistika açıqlanıb.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.
Bildirilib ki, texnika və iqtisadiyyat elmləri üzrə 6, tibb elmləri üzrə 4, riyaziyyat, fizika, biologiya, filologiya elmləri üzrə 2, kimya, siyasi elmlər, psixologiya, sənətşünaslıq üzrə isə 1 nəfərə professor elmi adı verilib.
Biologiya elmləri, fizika, milli təhlükəsizlik və hərbi elmlər sahələri üzrə isə hər birində 1 nəfərə elmi adın verilməsindən imtina edilib.
Ümumilikdə, 28 nəfərə professor elmi adı verilib, 3 nəfərə isə bu elmi adın verilməsindən mənfi qərarla nəticələnib.


