AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Planetar dumanlıqda ulduz tozu hissəciklərinin yaranması ilk dəfə müşahidə olunub

29.08.2025 / Maraqlı məlumatlar

Beynəlxalq astronomlar kollektivi “Ceyms Uebb” orbital teleskopunun imkanlarından istifadə edərək tarixdə ilk dəfə planetar dumanlıq daxilində kristalik və amorf ulduz tozu hissəciklərinin necə yarandığını müşahidə edib. Alimlərin topladığı məlumatlar planetlərin “tikinti materiallarının” formalaşma mexanizmlərini dəqiqləşdirməyə kömək edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Kral Astronomiya Cəmiyyətinin (RAS) mətbuat xidməti məlumat yayıb.

“Biz planetar dumanlığın sakit bölgələrində silikatların xırda hissəciklərinin yaranmasını, eləcə də ən qaynar və turbulent zonalarda amorf üzvi hissəciklərin formalaşmasını izləyə bildik. Bu isə planetlərin “tikinti materiallarının” necə yarandığını öyrənmək istiqamətində böyük bir addımdır”, – deyə Kardiff Universitetinin (Böyük Britaniya) əməkdaşı Mikaко Maçuura bildirib.

Alimlərin izahına görə, planetar dumanlıqlar hidrogen ehtiyatlarını tükədərək öz xarici təbəqələrini atmış, nisbətən az kütləli qədim ulduzların qızmar qalıqlarıdır. Onlar ağ cırtdana çevrilməzdən əvvəl bu mərhələdən keçir. Qaynar plazma buludları zamanla soyuyur, sonradan yeni ulduzlar və planetlərin yaranmasına səbəb olan ulduz tozu hissəcikləri əmələ gətirir.

Tədqiqatçılar uzun müddətdir ki, bu kosmik “tikinti materiallarının” necə formalaşdığını, onların fiziki xüsusiyyətlərinin, quruluşunun və tərkibinin planetar dumanlıqların yaranması və dağılması prosesində necə dəyişdiyini öyrənməyə çalışırdılar. ABŞ, Avstraliya, Avropa, Braziliya və Çindən olan astronomlar ilk dəfə “Ceyms Uebb” teleskopunun infraqırmızı diapazonda dəqiq təsvirlər əldə etmək imkanları sayəsində bu hissəciklərin yaranmasını və hərəkətini izləyə biliblər.

Alimlər bu cihaz vasitəsilə Əqrəb bürcündə, Yerdən 3,36 min işıq ili uzaqlıqda yerləşən və parlaq kosmik “kəpənəyə” bənzəyən NGC 6302 planetar dumanlığının xəritəsini çıxarıb və onun quruluşunu öyrəniblər. “Ceyms Uebb”in əldə etdiyi görüntülər göstərib ki, dumanlığın müxtəlif hissələri, o cümlədən “halqa” formasını və “kəpənəyin qanadları”nı xatırladan sıx mərkəzi bölgəsi özündə müxtəlif növ ulduz tozu ehtiva edir. Bu isə tozun fərqli mexanizmlərlə yarandığını göstərir.

Xüsusilə, dumanlığın mərkəzində iri silikat dənəcikləri formalaşır, “kəpənəyin qanadlarındakı” plazma qabarcıqlarında isə polisiklik aromatik karbohidrogenlərdən ibarət olan və hisə bənzər üzvi hissəciklər yaranır. Əvvəllər alimlər bu molekulların formalaşmasını müşahidə edə bilmirdilər. Halbuki bu maddələr Yer üzündə həyatın yaranmasında mühüm rol oynayıb. Bu səbəbdən “Ceyms Uebb” vasitəsilə əldə edilən yeni məlumatlar gələcək araşdırmalar üçün xüsusi maraq kəsb edir.

azertag.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi