AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

"Ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı Tələblər" təsdiq edilib

29.08.2025 / Maraqlı məlumatlar

“Ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı Tələblər” təsdiqlənib.

Bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.

Qərara əsasən, SABAH proqramlarının təşkili ilə bağlı tələblər müəyyən olunub. Belə ki, ali təhsil müəssisəsində beynəlxalq kitabxana resurslarına və elmi bazalara (SCOPUS, Web of Science və s.) çıxış imkanları olmalıdır.

Həmçinin ali təhsil müəssisəsi müraciət edilən tarixə olan məlumatlara əsasən "Times Higher Education World University Rankings", "QS World University Rankings" və "Academic Ranking of World Universities (Shanghai Ranking)" beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların ən azı birində yer almalıdır (fəaliyyət müddəti 5 ildən az olan ali təhsil müəssisəsi istisna olmaqla).

Bundan başqa, tələblər sırasında ali təhsil müəssisəsinin elmi-pedaqoji heyətinin SABAH Proqramının təşkil ediləcəyi ixtisas sahəsi üzrə nüfuzlu elmi bazalarda (SCOPUS və Web of Science) indekslənən ümumi nəşrlərinin sayı azı 100 olmalıdır.

Ali təhsil müəssisəsində tələbələrin inkişafını dəstəkləyən qabaqcıl ekosistem (karyera və inkişaf mərkəzləri, dövlət-özəl ortaq təcrübə proqramları, mentorluq sistemləri, tələbə klubları və s.) mövcud olmalı və tələbələrin layihə, müsabiqə, konfranslarda iştirakına maliyyə dəstəyi verilməlidir.

Universitetlərdə SABAH proqramının həyata keçiriləcəyi ixtisas üzrə məzunların məşğulluq faizi ölkədəki eyni ixtisas üzrə orta göstəricidən (müvafiq məlumatların əlçatanlıq səviyyəsi aşağı olduqda ali təhsil müəssisəsi üzrə məzunların ümumi orta məşğulluq göstəricisindən) yüksək olmalıdır (son 2 tədris ilinin məzunları istisna olmaqla əvvəlki 3 tədris ilinin məzunlarının məşğulluq məlumatlarına əsasən).

Son 3 tədris ilində Azərbaycan ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən müvafiq ali təhsil müəssisəsində SABAH proqramının həyata keçiriləcəyi ixtisas (ixtisaslaşma) üzrə minimum və orta qəbul balları ölkə üzrə orta göstəricidən yüksək olmalıdır.

SABAH proqramının təşkil ediləcəyi ixtisas qəbuluna dair nəticələrə əsasən son 3 tədris ilində faktiki tələbə qəbulu göstəricisi 90%-dən yuxarı olmalıdır. Ali təhsil müəssisəsində SABAH proqramının təşkil ediləcəyi ixtisas üzrə son 3 tədris ilində müəllim-tələbə nisbəti 1/15 – 1/20 aralığında olmalıdır. SABAH proqramının təşkil ediləcəyi ixtisas (ixtisaslaşma) üzrə tədris prosesinə cəlb olunan müəllim heyətinin azı 40%-i müvafiq ixtisas sahəsi üzrə fəaliyyət göstərən özəl və ya dövlət sektorunda çalışan mütəxəssislərdən ibarət olmalıdır.

Həmçinin universitetlərdə SABAH proqramının təşkil ediləcəyi ixtisas üzrə tədrisə cəlb olunmuş elmi-pedaqoji heyətin ən azı 60%-i elmi dərəcəyə və elmi ada malik olmalıdır.

Ali təhsil müəssisəsində SABAH proqramının təşkil ediləcəyi ixtisas üzrə tədrisə tam ştatda işləyən elmi-pedaqoji heyətin azı 10%-i, tədrisə ali təhsil müəssisəsində saathesabı qaydada dərs deyən elmi-pedaqoji heyətin isə azı 20%-i xarici dövlətin ali təhsil müəssisələrində təhsil almış olmalıdır.

SABAH proqramın təşkil ediləcəyi ixtisas üzrə tədrisə cəlb edilən elmi-pedaqoji heyətin azı 5%-i nüfuzlu xarici ali təhsil müəssisələrinin professor-müəllim heyəti sırasından olmalıdır.

muallim.edu.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi