Professor Qorxmaz İmanovun 75 yaşı tamam olub

İmanov Qorxmaz Cahangir oğlu 17 aprel 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Bakı (Azərbaycan) Dövlət Universitetinin İqtisad fakultəsini bitirmiş, 1964-1967- ci illərdə Moskva Şəhərində SSRİ EA Mərkəzi iqtisadi-riyaziyyat İnstitutunun aspiranturasında təhsil almış və 1968-ci ildə həmin institutda iqtisad elmləri namizədi alimlik dissertasiyasını müdafiə etmişdir.1975-ci ildə SSRİ EA Mərkəzi iqtisadi-riyaziyyat İnstitutunda iqtisad elmləri doktorluq dissertasiyasını müdafiə etmişdir.
1074-cü ildə ilk dəfə respublikada makroiqtisadi sistemlərin modelləşdirilməsi sahəsində elmi-tədqiqat işləri aparmaq üçün onun rəhbərliyi ilə Kibernetika İnstitutunda laboratoriya yaradılmış və Q. İmanov 1987-ci ilə qədər həmin laboratoriyaya rəhbərlik etmişdir
1983-cü ilin iyun ayında professor elmi adına və 1984-cü ildə elm sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.
1987-1993-cü illərdə Azərbaycan Dövlət Plan Komitəsinin və sonralar İqtisadiyyat Nazirliyinin Elmi-tədqiqat İqtisadiyyat institutunun müdiri vəzifəsində çalışmış.
1999-2000-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində baş müşavir vəzifəsində çalışmış.
2001-ci ildən indiki dövrə qədər AMEA Kibernetika (İdarəetmə Sistemləri) İnstitutunda laboratoriya rəhbəri vəzifəsində çalışır.
İmanov Q.C. respublikada iqtisadi-riyazi üssular sahəsində çalişan ilk alimlərdən biridir. Onun 200-ə qədər elmi əsərləri respublikada və 20 xarici ölkədə çap olunmuşdur.
Q.C. İmanovun aldığı mühüm elmi nəticələrə misal olaraq, xalq təsərrüfatında yüklərin daşınmasının optimal planlaşdırılmasını asanlaşdırmağa imkan verən SSRİ-də ilk dəfə praktiki stoxastik nəqliyyat məsələsinin həll olunması; respublikanın xalq təsərrüfatının planlaşdırılmasının inteqrallaşdırılmış modellər sistemi; respublika iqtisadiyyatının struktur-funksional modelinin qurulması; qeyri-səlis modellər sisteminə dair məsələləri göstərmək olar.
İmanov Q.C. inteqrallaşdırılmış balans modelləri və müttəfiq respublikaların struktur-funksional modeli işləri 1976 və 1981-ci illərdə keçmiş SSRİ Elmlər Akademiyasının vacib nəticələri siyahısına daxil edilmişdir.
İmanov Q.C. aldığı elmi nəticələr xalq təsərrüfatının planlaşdırılmasında öz tətbiqinin tapmışdır.
İmanov Q.C. Azərbaycanda çalışan yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında yorulmaz fəaliyyət göstərmişdir, onun rəhbərliyi altında 28 elmlər namizədi və doktoru hazırlanmışdır.
O, SSRİ EA-nın "Xalq təsərrüfatının optimal planlaşdırılması və idarə olunması” kompleks problemi üzrə Elmi Şurasının Azərbaycan üzrə sədr müavini və Azərbaycan SSR EA-nın iqtisadi problemlər üzrə Elmi Şuranın Üzvü olmuşdur.
İmanov Q.C. sistematik olaraq Azərbaycandan kənardə: Rusiya, İtaliyada, ABŞ-da, Avstriyada, İspaniyada, Finlandiyada və s. ölkələrdə iqtisadiyyatda riyazi üsulların tətbiqi və yeni kompüter texnologiyalarının tətbiqi ilə bağlı beynəlxalq konfranslarda və seminarlarda çıxış etmişdir.
Son zamanlar yumşaq hesablama üsullarının, o cümlədən neyron şəbəkələrinin, fazzi məntiqinin və s. makroiqtisadi modelləşdirmə tətbiqi sahəsində geniş tədqiqat işləri aparır. Onun rəhbərliyi ilə 2003-cü ildə respublikada ilk dəfə olaraq və dünyada üçüncü sayılan fazi iqtisadiyyat laboratoriyası yaradılmışdır.
2011-ci ildə Çinin Makau şəhərində V Beynəlxalq konfransda "Manegement Science and Enjineering menegement” mükafatına layiq görülmüşdür.
Tanınmış elm xadimini 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və Azərbaycan iqtisadiyyat elminin tərəqqisi yolunda yeni-yeni yaradıcılıq uğurları arzu edirik!