
Dissertasiya işinin müzakirəsi keçirilib
02.09.2025 / Mühüm xəbərlər
2 sentyabr 2025-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nəzdində fəaliyyət göstərən D1.20 dissertasiya şurasının 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə elmi seminarının iclasında iddiaçı Məhəmməd Hüseyn oğlu Rezvanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə yerinə yetirdiyi «RNMT-nin tətbiqi ilə dərinlik nasoslu neft qurğularında nasazlıqların diaqnostikası alqoritmlərinin və sistemlərinin işlənməsi» mövzusunda təqdim edilən dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya işi növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilib.


