
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin akademiyası ilə AMEA-nın İdarəetmə Sistemləri İnstitutu arasında Anlaşma Memorandumu

27.12.2019-cu il tarixində FHN-nin Akademiyası ilə AMEA-nın İdarəetmə Sistemləri İnstitutu (İSİ) arasında yeni innovativ metodlar tətbiq etməklə təhsil prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi və yüksəkixtisaslı kadr hazırlığı məqsədilə hər iki tərəfin apardığı elmi istiqamətlərə uyğun olaraq ümumi maraqlara əsaslanan Anlaşma Memorandumu imzalanmışdır.